Məhkəmə qərarları › İş №3(039)-929/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-929/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-929/2023 13.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mersedes Benz 230C” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Salahlı kən ərazisində idarəetməni itirərək “VAZ 21061” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ 21061” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişinləri yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. X1 Azərbaycan Respublikasının 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədiklərindən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olumuş: xx.xx.2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Mersedes Benz 230C” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Salahlı kənd ərazisində idarəetməni itirərək “VAZ 21061” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ 21061” markalı ** FF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişinləri yüngül bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir; HK-1/1796 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK-1/1796 nömrəli material üzrə Yevlax RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İsmayıl Cəfərzadə tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız olduğundan ləğv olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1.). Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın (12.2.). Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad olunan HK-1/1796 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar Yevlax rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyindən (qərar əsassız olduğundan əlavə araşdırma aparılması üçün) hazırki halda müvafiq inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi olmadığına görə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar