Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-93/2023 26.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis kapitanı X3, Zərər çəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Hacıselli kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 25 dekabr 2022-ci il tarixdə Yevlax rayonu Yenicə kəndində X7 döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov izah etdi ki, Yevlax rayonu Yenicə kəndində yaşayan X9 25 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 Xidməti Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək keçmiş gəlini Əfsanə, anası Ceyran və oğlu Bünyadın yaşadığı evdə onu əlləri ilə vuraraq döydüyünü bildirmişdir. Yevlax Rayon Polis X5 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X6 04 yanvar 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X2 Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 25 dekabr 2022-ci il tarixdə bacısı Əfsanə Yusibovanın cehizini gətirmək üçün bacısı Əfsanə və anası Ceyran Yusibova ilə birlikdə Yevlax rayonu Yenicə kəndinə keçmiş yeznəsi Taleh İsmayılovun yaşadığı ünvana getmişlər. Cehizin yığılan vaxtı anası Ceyran Yusibova ilə Solmaz Mürşüdovanın aralarında yaranan dava dalaşı görüb onları aralaşdırmışdır. Həmin vaxt o, Solmaz Mürşüdovanı vurmamış və döyməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis X6 baş təhqiqatçısı, polis mayoru X8 04 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Yevlax Rayon Polis X6 baş təhqiqatçısı, polis mayoru X8 04 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət hadisəsi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 39.1-ci maddəsinin qeydində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu zərər çəkmiş şəxs X9 ilə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-93/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-93/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver