Məhkəmə qərarları › İş №3(039)-930/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-930/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-930/2023 19.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş AP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da Yevlax-Mingəçevir-Bəhrəmtəpə yolunun Tanrıqulular kəndinin ərazisindən keçən hissəsində idarə etdiyi “HYUNDAİ SONATA” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avomobilin idarəetməsini itirərək “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilin sürücüsünə yüngül bədən xəsarəti yetirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00-da Yevlax-Mingəçevir-Bəhrəmtəpə yolunun Tanrıqulular kəndinin ərazisindən keçən hissəsində idarə etdiyi “HYUNDAİ SONATA” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avomobilin idarəetməsini itirərək “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilin sürücüsünə yüngül bədən xəsarəti yetirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs müdafiəçisi X6 bildirdi ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş Yevlax RPŞ İB-nin müstəntiqi, polis kapitanı X2 xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı Yevlax Rayon Məhkəməsinin 6(039)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Bu səbəbdən də hazırki inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da Yevlax-Mingəçevir-Bəhrəmtəpə yolunun Tanrıqulular kəndinin ərazisindən keçən hissəsində idarə etdiyi “HYUNDAİ SONATA” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avomobilin idarəetməsini itirərək “VAZ 2106” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncu avtomobilin sürücüsünə yüngül bədən xəsarəti yetirmişdir; xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində HK-1/1401 nömrəli material müzrə cinayət işinin başlanması rədd edilmişdir və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə inzibati iş üzrə icraatın açılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin DYPBnə göndərilmişdir; Yevlax Rayon Məhkəməsinin 6(039)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax RPŞ İB-nin müstəntiqi, polis kapitanı X2 HK-1/1401 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1.). Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın (12.2.). Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad olunan HK- 1/1401 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar Yevlax Rayon Məhkəməsinin 6(039)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edildiyindən (qərar əsassız olduğundan əlavə araşdırma aparılması üçün) hazırki halda müvafiq inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi olmadığına görə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar