Məhkəmə qərarları › İş №3(039)-932/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-932/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-932/2024 10.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlu, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23233677 və EQ23236376 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ23233677 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində, habelə həmin idarə tərəfindən qəbul edilmiş digər xx.xx.2024-cü il tarixli, EQ23236376 nömrəli inzibati tənbeh vermə haqqında qərarla eyni inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilmişdir. X1 qərardan şikayətlə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(077)-44/2024 nömrəli qərardadı ilə X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ23233677 və EQ23236376 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsi Yevlax rayonu ərazisində baş vermişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, aidiyyət məsələsinin həll edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materiallarından görünür ki, X2 şəhəri, 20 Yanvar küçəsi, ev 5, m 3 ünvanında yaşayır. Qeyd olunmalıdır ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X4 qanunla ona verilmiş hüquqdan istifadə edərək müvafiq qərardan özünün yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət vermişdir. Göründüyü kimi X3 faktiki yaşayış yeri Şuşa şəhəridir. Beləliklə, hesab edirəm ki, X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23233677 və EQ23236376 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxılması ilə bağlı məhkəmə aidiyyətinin həll edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ23233677 və EQ23236376 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə baxılması ilə bağlı məhkəmə aidiyyətinin həll edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar