Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-933/2023 01.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, Yevlax rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Kəlbəcər rayonunda olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri S.Vurğun küçəsində polisin qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 çıxış edərək bildirmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri S.Vurğun küçəsində polisin qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yevlax rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 məhkəmə iclasında çıxış edərək,xx.xx.2023-cü il tarixdə saat 12:35-də Yevlax şəhəri S.Vurğun küçəsində Mercedes markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomaşınla xidmətdə olarkən tərəfindən Vaz 2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyi edildiyi üçün tərəfindən həmin avtomaşına “Saxla” işarəsi verilsə də sürücü avtomaşını saxlamadığını,həmin avtomaşını arxasında gedib sayrışan işıqlardan istifadə edərək saxladığını,bort komputer vasitəsi ilə yoxlama zamanı sürücünün avtomaşını etibarnaməsiz idarə etdiyi aşkar olunduğunu,ona avtomaşına dair sənədləri təqdim etməsini xahiş etdiyini,sürücü polisin qanuni tələbinə qəsdən tabe olmayaraq sənədləri təqdim etməkdən və avtomaşını cərimə meydançasına aparmaqdan boyun qaçırdığı üçün tərəfindən Yevlax RPŞ-nə gətirilmiş,Yevlax RPŞ-də həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş X7 öz izahatında özünün mühabirə iştirakçısı olduğunu, polis nəfərləri ilə yanlış anlaşılmazlıq olduğunu,əməlindən səmimi peşmancılığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə Yevlax şəhəri S.Vurğun küçəsində polisin qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 31.4.1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X7 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-933/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-933/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver