Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-934/2021 09.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN seriyalı ******* saylı, 09 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs 09 dekabr 2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində ünvansız yerlərə söyüşlər söymüşdür. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin sahə rəisi, polis mayoru X6 izah etdi ki, xidmətdə olan polis əməkdaşları 09 dekabr 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Su İdarəsinin qarşısında bir nəfər şəxsin ucadan qışqıraraq səs küy etdiyini ünvansız yerlərə söyüşlər söydüyünü görmüşlər, ona yaxınlaşıb özlərini təqdim edərək nizam-intizama dəvət etmişlər. Həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. İİ qrup müharibə əlilidir. Yaşayış evinə su xətti bağlandığından 09 dekabr 2021-ci il tarixdə günorta saatlarında Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Su İdarəsinə getmiş, orada ona borcu olduğu üçün yaşayış evinə gedən su xəttinin bağlandığını bildirmişlər. Su xəttinin bağlandığına narazı qaldığı üçün idarənin qarşısında nalayiq idadələr, ünvansız yerlərə söyüşlər söyməyə başlamışdır. Həmin gün az miqdarda spirtli içki qəbul etmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirdi ki, vətəndaş Şəxs 09 dekabr 2021-ci il tarixdə günorta saatlarında idarəyə yaxınlaşaraq, nə üçün yaşayış evinə gedən su xəttinin bağlandığını soruşmuş, cavabında isə ona 457 manat borcunun olduğunu, həmin borcu ödədikdən sonra yaşayış evinə gedən su xəttinin açılacağı bildirilmişdir. Vətəndaş həmin borcu ödəməkdən imtina etdiyini bildirərək idarənin qarşısında nalayiq idadələr, ünvansız yerlərə söyüşlər söyməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirdi ki, vətəndaş Şəxs 09 dekabr 2021-ci il tarixdə günorta saatlarında idarəyə yaxınlaşaraq, nə üçün yaşayış evinə gedən su xəttinin bağlandığını soruşmuş, cavabında isə ona borcunun olduğu bildirilmişdir. Vətəndaş bundan narazı qalaraq idarənin qarşısında nalayiq idadələr, ünvansız yerlərə söyüşlər söyməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X5 izahatında bildirdi ki, post yoldaşı Nurlan Abışlı ilə birlikdə 09 dekabr 2021-ci il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Su İdarəsinin qarşısında bir nəfər şəxsin ucadan qışqıraraq səs küy etdiyini ünvansız yerlərə söyüşlər söydüyünü görmüşlər, ona yaxınlaşıb özlərini təqdim edərək nizamintizama dəvət etmişlər. Həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bu barədə raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi X9 şahid X2 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 09 dekabr 2021-ci il tarixli 255 saylı sərxoşluq hallarının müəyyən edilməsi barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X11 Birliyinin Ə № 016260 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4 və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-934/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-934/2021
09.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver