Məhkəmə qərarları › İş №3(039)-935/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-935/2020

21.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-935/2020 21.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər X1, X7, X8, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X6 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 saylı ünvandan X11 məxsus 1 ədəd velosipedi, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 saylı ünvandan X2 məxsus evin həyətindən 1 ədəd velosipedi və xx xxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri T.Məmmədov küçəsi ev 23-dən X9 məxsus evin həyətindən 1 ədəd velosioedi oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X12 izah etdi ki, Yevlax şəhəri T.Məmmədov küçəsi ev 23-də yaşayan X15 xx xxxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, azyaşlı oğlu Nihat Məmmədova məxsus “Stres” markalı velosipedinin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermiş, Yevlax şəhəri Xəqani küçəsi ev 7-də yaşayan X17 xx xxxxxxx 2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin oktyabr ayında evdə olmadığı müddətdə həyətindən iki il əvvəl aldığı 90 manat dəyəində velosipedinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmiş və Yevlax şəhəri Nizami küçəsi ev 256-da yaşayan X3 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək evindən dəyəri 250 manat olan veloipedinin oğurlanması barədə məlumat vermişdir. Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli, xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarları ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailəlidir, himayəsində 6 azyaşlı uşaqları var, heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Uşaqlarını dolandırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda Yevlax şəhəri T.Məmmədov küçəsindən 1 ədəd velosiped, Yevlax şəhəri Xəqani küçəsindən 1 ədəd velosiped və Yevlax şəhəri Nizami küçəsindən 1 ədəd velosiped oğurlamışdır. Həmin velosipedlərin ikisini tanımadığı şəxslərə 35 və 45 manat satmış, geri qalan 2 velosipedi isə sahiblərinə qaytarmışdır. Zərəçəkmiş şəxslərə dəymiş ziyanı 10 gün müddətinə qaytaracağına söz verir. Hazırda törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X15 izah etdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, azyaşlı oğlu Nihat Məmmədova məxsus “Stres” markalı velosipedinin naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Hazırda velosipedin ona qaytarılmadığını bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X16 oğlu izah etdi ki, xx xxxxxxx 2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin oktyabr ayında evdə olmadığı müddətdə həyətindən iki il əvvəl aldığı 120 manat dəyərində velosipedinin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Hazırda velosipedin ona qaytarılmadığını bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək evindən dəyəri 250 manat olan veloipedinin oğurlanması barədə məlumat vermişdir. Hazırda həmin velosiped ona qaytarılsada həmin velosipedə xeyli ziyan dəymişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il, və Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarları, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X12 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li və xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 20:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax “xxxxxxxxxxxxx” ASC-nin xx xxxxxxx 2020-ci il tarixli, 102 saylı arayışından məlum olur ki, işlənmiş vəziyyətdə 1 ədəd “Stres” markalı velosipedin bazar orta satış qiyməti 80-90 manat təşkil edir. İşə əlavə edilmiş Yevlax “xxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli, 106 saylı arayışından məlum olur ki, işlənmiş vəziyyətdə 1 ədəd velosipedin bazar orta satış qiyməti 90 (doxsan) manat təşkil edir. İşə əlavə edilmiş Yevlax “xxxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2020-ci il tarixli, 107 saylı arayışından məlum olur ki, işlənmiş vəziyyətdə 1 ədəd velosipedin bazar orta satış qiyməti 90 (doxsan) manat təşkil edir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, zərə çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Zərəz çəkmiş şəxslər X2, X9, X11 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 20:30-dan hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar