Məhkəmə qərarları › İş №3(039)-935/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-935/2025

23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-935/2025 23.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclsının katibi X6, X1, Qərarı barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax rayon DYPB-nin poils baş leytenantı X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax rayon DYPB-nin poils baş leytenantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X10 şikayət verərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax rayon DYPBnin poils baş leytenantı X4 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəğv edilməsini və əsassız olaraq hesablanmış 100 (bir yüz) manat cərimənin silinməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, AC seriyalı 414845 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ** KE *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz C200» minik markalı avtomobil onun xüsusi mülkiyyətindədir. Həmçinin avtomoibili idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinə da malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DÖvlət Yol Polis İdarəsi Yevlax rayonu Yol Patrul Xidməti baş dövlət avtomobil müfəttişi polis baş leytenantı X4 29 may 2025-ci il tarixli TP ******* saylı qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Qərar tam qanunsuzdur. Belə ki, 29 may 2025-ci il tarixdə təxminən saat 19:23 radələrində o (şikayətçi) özünə məxsus olan avtomobillə Yevlax şəhəri M.V.Vidadi küçəsi ilə hərəkətdə olan zaman Yeni Yevlax küçəsində hərəkət edən ** BD *** dövlət qeydiyyat nişanlı «VAZ-21015» markalı avtomobil qəfildən yüksək sürətlə onun qarşısına çıxaraq ona (şikayətçiyə) məxsus olan avtomobili sağ arxa qapı tərəfdən vurmuşdur. Hadisə vaxtı o (şikayətçi) yolda təyin olunmuş sürətlə hərəkət etmişdir. Digər avtomobil isə təyin olunmuş sürətdən bir neçə dəfə artıq sürətlə hərəkət etmişdir. həmçinin o (şikayətçi) əsas-baş yolda, digər avtomoil isə ikinci dərəcəli yolla hərəkət etmişdir, yəni o avtomobil yol ayrıcına çatan zaman sürəti azaltmalı, ona yol verməli olduğu halda bunu etməmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində ona (şikyətçiyə) məxsus olan avtomobilə xeyli ziyan dəymişdir. Polis əməkdaşı Fariz Hüseynov isə əsassız və qanunsuz olaraq təqsiri onda görmüş və onu cərimə etmişdir. Həmin qərar əssında o həm 100 (bir yüz) manat məbləğində cərimə edilmiş, həm də avtomobilin təmiri üçün ödəniləcək sığorta ödənişindən də məhrum olacaqdır. Məhkəmə iclasında X10 şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax rayon DYPB-nin poils baş leytenantı X5 şikayətin dəlillərini əsassız hesab edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:05 radələrində sürücü X10 idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə M.V.Vidadi küçəsində, yəni eyni dərəcəli, eyni əhəmiyyətli yolda hərəkətdə olarkən sağını gözləmədən Yeni Yevlax küçəsindən çıxan «VAZ-21154» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi ilə toqquşmuşdur. Dəfələrlə X12i dəvət edərək ona eyni dərəcəli, eyni əhəmiyyətli yolda nizamlayıcı nişan olmadıqda sağını gözləməli olduğu izah edilmişdir. X12 sağını gözləməmişdir. Həmin yolda nizamlayıcı yol nişanı yoxdur. Buna görə də, Pərviz Musayevin barəsində inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin protokol əsasında inzabiə tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayəti əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, şikayətin əsssız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2025-ci il tarixdə, saat 19:05-də «Mercedes Benz C 200» minik markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yevlax şəhəri M.V.Vidadi küçəsi ilə Yeni Yevlax küçəsinin kəsişməsində yolayırıcını keçmə qaydalarını pozmuş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. X3 tərəfindən təqdim edilmiş diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, X10 eyni əhəmiyyətli yolların kəsişdiyi yolayırıcında yolayırıcını keçmə qaydalarını pozaraq, sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:05-də sürücü X10 idarə etdiyi «Mercedes Benz C240» minik markalı, 90KE 342 dövlət qeydiyyat nişanlı niqəliyyət vasitəsi ilə eyni əhəmiyyətli yollar olan Yevlax şəhəri M.V.Vidadi küçəsi ilə Yeni Yevlax küçəsinin kəsişdiyi yolayırıcında sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədiyinə görə həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmiş və həmin prtokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı-yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin maddənin 13-cü bəndinə əsasən nizamlanmayan yolayrıcı - nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır. Həmin Qanunun 75-ci maddəsinin İV hissəsinə əsasən yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin Qanunun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Xnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında X7 barəsində qeyd edilən inzibati xəta ilə bağlı əsassız olaraq inzibati xəta haqqında protkol tərtib edilməsi və həmin protkol əsasında əsassız olaraq qərar qəbul edilməsi müəyyən edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin Yevlax rayon DYPB-nin poils baş leytenantı X5 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar