Məhkəmə qərarları › İş №3(039)-939/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-939/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-939/2021 13.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan 11.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs 11 dekabr 2021-ci il tarixdə yaşadığı həyətdə ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 izah etdi ki, 09 dekabr və 11 dekabr 2021-ci il tarixlərində Yevlax rayonu Yuxarı Salamabad kəndində yaşayan X6 DİN-nin 102 xidmətinə zəng edərək və şöbəyə ərizə ilə müraciət edərək, əmisioğlu Şəxs sərxoş vəziyyətdə evinə gəlib münaqişə yaratması, onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etməsi barədə məlumat verərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. X7 ərizəsi əsasında münaqişənin həll olunması məqsədilə 11.12.2021-ci il tarixində onun yaşadığı ünvana getmiş, həmin həyətdə Alim Abbasovu və onun ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir edən Şəxs nizam intizama dəvət etmiş, lakin o, qanunsuz əməllərinə davam edərək, polisin qanuni tələbinə qəsdən tabe olmadı. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ağdaş rayonu, Qaradağlı kəndində yaşayır. Heç bir yerdə işləmir. X6 onun əmisioğludur. 04.12.2021-c il tarixdə Ağdaş rayonundan həmin kəndə gələrək Alimə bildirmişdir ki, həmin evdə yaşayacaq, ev onun babasına məxsusdur, onun da orada yaşamaq hüququ var. Lakin əmisioğlu buna etiraz etmişdir. 09 dekabr və 11 dekabr 2021-ci il tarixlərində əmisioğlu Alim ilə aralarında münaqişə yaranmışdır. Sonuncu dəfə sərxoş olduğundan həyətə çıxıb onu söyüb təhqir etmişdir. Həmin vaxt polis gəlmiş, ona münaqişəni dayandırmağını bildirmiş, lakin o, sərxoş olduğundan polisin göstərişinə məhəl qoymayaraq mübahisə etməyə davam etmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Şəxs onun əmisioğludur. 11 dekabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, əmisioğlu Şəxs sərxoş vəziyyətdə evinə gəlib münaqişə yaratması, onu və ailə üzvlərini nalayiq söyüşlərlə söyüb təhqir etməsi barədə məlumat vermiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə polis gəlmiş, əmisioğlunun həyətdə onu söyüb təhqir etdiyini görmüş və Şəxs nizam intizama dəvət etmiş, lakin əmisioğlu İmam polisin tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 11 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 11 dekabr 2021-ci il tarixli 260 saylı sərxoşluq hallarının müəyyən edilməsi barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, şahid X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilsə də, inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsinə tənbeh edilməlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibаti həbs tətbiq еdilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1988-ci il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən saat 21.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar