Məhkəmə qərarları › İş №3(039)-940/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-940/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-940/2020 24.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxxxx 2020ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Malbinəsi kəndində evlərin qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 çıxış edərək bildirmişdir ki, Yevlax rayonu Qoyunbinəsi kənd sakini X2 şikayəti əsasında polis sahə rəisi Coşqun Bəkirov xx xxxxxxx 2020-ci il tarixdə Şəxs yaşadığı ünvana gedərək onun izahatını almaq istəsə də Şəxs izahat verməkdən imtina etmiş və ucadan səs-küy salaraq polis əməkdaşlarını təhqir etmişdir. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, X1 ərazisində kafe işlədir. Əvvəllər dostları ilə həmin kafedə yeyib içmişlər və kafenin sahibinə borcları qalmışdır. xx.xx.2020-ci il tarixdə kəndin polis sahə rəisi Coşqun Bəkirov onun telefonuna zəng edərək Arif İbrahimovun şifahi formada şikayət edərək ondan borcunu tələb etməsini bildirmişdir. O, Coşqun Bəkirova barəsində şikayət olduğu təqdirdə onu rəsmi bildirişlə rayon polis şöbəsinə dəvət etməsini bildirmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə borcunu ödəyəcəyini C.Bəkirova bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə Arif İbrahimovun 102 qaynar xəttinə şikayət etdiyini öyrənmişdir və xx.xx.2020-ci il tarixdə polis sahə rəisi Coşqun Bəkirov və başqa əvvəllər tanıdığı iki polis əməkdaşı onun yaşadığı ünvana gələrək Arif İbrahimovun şikayəti əsasında şöbədə material araşdırması olduğunu bildirərək onu rayon polis şöbəsinə getməsini tələb etmişlər. Lakin o, etiraz edərək evdə qonağının olduğunu və növbəti gün rayon polis şöbəsinə gələ biləcəyini bildirsə də polis sahə rəisi Coşqun Bəkirov israrla ona rayon polis şöbəsinə getməyi bildirmişdir. Daha sonra aralarında sözlə mübahisələri olmuş və bundan sonra o, evdən bıçaq götürərək polis əməkdaşlarına özünə xəsarət yetirəcəyini bildirdikdə polis əməkdaşları getmişdirlər. Səhəri gün yəni xx.xx.2020ci il tarixdə o, polis əməkdaşlarının hərəkətlərindən rayon prokurorluğuna şikayət etmişdir. O, polis əməkdaşlarını söyüb təhqir etməmişdir və heç bir ictimai qaydanı pozmamışdır. Barəsində olan materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X9 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə xidməti ərazisində fəaliyyət göstərən kafenin sahibi X3 ona şifahi formada şikayət edərək Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs ona borcunun olduğunu və həmin borcun qaytarılmasında ona köməklik göstərməyini xahiş etmişdir. Bu səbəbdən də o, Şəxs telefonuna zəng edərək X2 şikayətçi olduğunu və işin rəsmiyyətə düşmədən həll olunması üçün borcunu qaytarmasını bildirdikdə ilk olaraq Şəxs xx.xx.2020-ci il tarixdə borcu qaytaracağını bildirmiş və daha sonra aqressiv şəkildə onu telefonda söyüb təhqir edərək “məni heç kim şöbəyə apara bilməz” sözləri demişdir. Bundan sonra X3 xx.xx.2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə şikayət edərək Arif İbrahimovun tanımadığı başqa iki nəfər şəxslə kafeyə gələrək onu söyüb təhqir etdiyini və hədələdiyini bildirmişdir. Şikayət əsasında xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Şəxs polis şöbəsinə dəvət edilməsi məqsədilə ilə sonuncunun yaşadığı ünvana getmişlər. Şəxs yaşadığı evin qarşısında onlar Şəxs barəsində şikayət olduğunu və bu səbəbdən də rayon polis şöbəsinə gedərək izahat verməli olduğunu bildirdikdə, o, aqressiv halda mübahisə edərək heç yerə getməyəcəyini bildirərək ona hədə qorxu gəlmişdir. O, Şəxs təkrar olaraq rayon polis şöbəsinə getməli olduğunu bildirdikdə Şəxs ucadan səs-küy salaraq küçədən yaşadığı evin həyətinə girmiş və daha sonra əlində bıçaq çıxaraq onlara hədə qorxu gəlmişdir. Həmin vaxt onunla birlikdə olan polis nəfərləri ona Şəxs sakitləşdirəcəklərini bildirərək müdaxilə etməməsini xahiş etmişlər. Həmin vaxt Şəxs polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra Şəxs prokurorluğa şikayət etmiş və araşdırma getdiyi üçün bu müddət ərzində Rövşən barəsində protokol tərtib etməmişlər. Şəxs xx.xx.2020-ci il tarixdə isə polis şöbəsinin təhqiqat bölməsində olan başqa material ilə əlaqədar polis şöbəsinə gələn zaman saxlanılaraq barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında vəkil X10 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Malbinəsi kəndində evlərin qarşısında nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; X2 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs ona 60 manat borcu var. O, Şəxs borcunu dəfələrlə tələb etsə də, Şəxs müxtəlif bəhanələr əsasında borcunu qaytarmamışdır. xx.xx.2020-ci il tarixdə o, təkrarən Şəxs borcunu tələb etsə də, Şəxsn onun tanımadığı iki nəfər şəxslərlə birlikdə yaşadığı yerə gələrək ünvanına nalayiq söyüşlər söymüşdülər və onunla münaqişə yaratmışdırlar; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:35-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahid izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 10:35-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən vəkil X6 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar