Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-944/2025 08.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X14 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1, Tələbkar (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Yevlax rayonunun Qaraməmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax rayon İcra və probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 iyun 2025-ci il tarixdə Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən yaranmış 7016 manat aliment pulunu Zərərçəkmiş şəxs ödəməkdən yayınır. Beləliklə, barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, 13 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, iş üzrə borclu Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs iki uşaq üçün cəmi 386 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməli olduğu halda ödənilməmiş və nəticədə 7016 manat borcu icra məmuru tərəfindən ünvanına bildiriş göndərilməsinə, izahatlarının alınmasına baxmayaraq ödəməmişdir. Yaranmış borcu icra məmuru tərəfindən dəfələrlə rəsmi xəbərdarlıqlar edilməsinə, iş üzrə izahatlarının alınmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə, məhkəmə qərarının icrası təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-944/2025 saylı qərarı ilə, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-215/2025 saylı qərarı ilə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 3(039)-944/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Yevlax Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(039)-944/2025 saylı qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-381/2025 saylı qərarı ilə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 3(039)-944/2025 saylı, 05 sentyabr 2025-ci il tarixli, qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, fərdi əməklə, yəni fəhləliklə məşğul olur. Anası dializ xəstəsidir və onun himayəsindədir. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Protokol tərtib edildikdən sonra ödənişlər etmiş və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 1700 manat ödəniş etmişdir. Bundan başqa xx.xx.2013-cü il təvəllüdlü X11 onun və Zərərçəkmiş şəxs razılığına əsasən 2014-cü il tarixdən Zərərçəkmiş şəxs əmisi X3 və onun arvadı Alina İskəndərovanın himayəsindədir. Elxan İskəndərov ailəsi ilə birlikdə Rusya Federasiyasında yaşayır və xx.xx.2013-cü il təvəllüdlü X11 da həmin tarixdən yəni 2014-cü ildən Elxan İskəndərovun yanında Rusiya Federasiyasında yaşamaqdadır. Yəni xx.xx.2013-cü il təvəllüdlü X6 maddi və mənəvi təminatını 2014-cü il tarixdən Elxan İskəndərov təmin etməkdədir. xx.xx.2013cü il təvəllüdlü X11 fiziki qüsurludur. Ayazın müalicəsini X10 Federasiyasında qarşılamaqdadır. Elxan İskəndərov xx.xx.2013-cü il təvəllüdlü X6 baxımı və müalicəsi ilə bağlı ondan nədə ki Zərərçəkmiş şəxs heç bir maddi tələbi olmamamışdır. xx.xx.2013-cü il təvəllüdlü X6 Elxan İskəndərovun və onun həyat yoldaşı Alina İskəndərovanın himayəsinə və övladlığına verilməsi ilə bağlı onun notarial qaydada razılığı xx.xx.2023-cü il tarixdə və Zərərçəkmiş şəxs razılığı isə xx.xx.2023-cü ildə təsdiq olunmuşdur. Bundan başqa o və Zərərçəkmiş şəxs xx.xx.2013-cü il təvəllüdlü X6 Elxan İskəndərov və Alina İsgəndərova ilə birlikdə ölkə xaricinə getməsi ilə bağlı müvafiq notarial qaydada etibarnamələri (razılıqları) olmuşdur. xx.xx.2013-cü il təvəllüdlü X11 11 (on bir) ildir ki, Zərərçəkmiş şəxs himayəsində yaşamır. Lakin Zərərçəkmiş şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-3405/2022 saylı qətnaməsi əsasında müəyyən edilmiş alimenti ondan qanunsuz və əsassız olaraq tələb edir. O, xx.xx.2012-ci il təvvəllüdlü X8 görə müəyyən edilmiş alimenti ödəyir. Eyvaz adlı uşağa görə hazırda Zərərçəkmiş şəxs heç bir aliment borcum yoxdur. Ancaq Zərərçəkmiş şəxs ondan tələbkarın himayəsində olmayan xx.xx.2013-cü il təvəllüdlü X6 üçün aliment tələb etməkdədir. Həmin hissədə, yəni alimenti xəstə uşaqlarına münasibətdə Şəmkir Rayon Məhkəməsində mübahisələndirmişdir. Bu günki tarixə aliment borcundan yenə 1500 manat ödəniş etmək istəsə də zərərçəkmiş şəxs (tələbkar) pulu qəbul etmir və tam ödənilməsini istəyir. Qalan borcunu ödəməkdən yayınmır. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəmkir Rayon Məhkəməsində alimentlə mübahisələndirdiyi tələbi üzrə yekun qərar qəbul edilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.20212-ci il tarixli, 2(076)-3405/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Borclu icra sənədi üzrə borcunu tam olaraq ödəmək iqtidarındadır. Bundan başqa, qüsurlu övladları olan X11 xəstə olduğu və müalicəsinin Rusiya Federasiyasında olduğu üçün əmisi ilə onun maddi hesabına Rusiya Federasiyasına göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də bundan xəbərdardır. Baxmayaraq ki, əmisidir övladının müalicəsi üçün dəfələrlə iri məbləğlərdə pul vermişdir. Uşağın alınıb verilməsi barədə aidiyyəti qurumlara bu barədə məlumat vermişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs 1 ay müddətinə həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Nümayəndə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəmkir Rayon Məhkəməsinin 2(076)-3405/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir; “Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-3405/2022 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı könüllü təmin etməsi təklif edilmişdir; Şəxs 2024-2025-ci illər ərzində məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu ödəmək üçün xx.xx.2024-cü il tarixdə 100,0 manat, xx.xx.2024-cü il traixdə 150,0 manat, xx.xx.2024-cü il tarixdə 300,0 manat, xx.xx.2024-cü il tarixdə 150,0 manat, xx.xx.2024-cü il tarixdə 200,0 manat, xx.xx.2024-cü il tarixdə 1000,0 manat, xx.xx.2024-cü il tarixdə 1490,0 manat, xx.xx.2025-ci il tarixdə 200,0 manat, xx.xx.2025-ci il tarixdə 200,0 manat, xx.xx.2024-cü il tarixdə 200,0 manat, xx.xx.2025-ci il tarixdə 50,0 manat pulu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir; xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 1700 (bir min yeddi yüz) manat ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədini icra etməmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər də aliment borcundan yayınmaya görə (Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-276/2024 saylı qərar) Yevlax Rayon Məhkəməsində protokol əsasında inzibati xətaq haqqında işə baxılmış və aliment borcun qismən ödənməsi ilə iş üzrə icraata xitam verilmişdir. Lakin qalıq məbləğin ödənilməklə azalmalı olduğu halda aliment ödənilməmiş və borc artmışdır. Bu da ona əsas verir ki, icra sənədinin tam icra olunmasından Şəxs yayınır. Belə ki, uşağın digər şəxsin himayəsində olması əsas gətirilsə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X11 hazırki zərərçəkmiş (tələbkar) şəxsin himayəsindədir. Bundan başqa məhkəmə, Şəxs hər məhkəmə iclasları zamanı ödənişlər etməsini inzibati tənbeh tədbirindən yayınması kimi qiymət verir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 yanvar 2026-cı il tarixdən saat 16:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Yevlax RPŞ-nin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16
Məhkəmə qərarları › İş №3(039)-944/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-944/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver