Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-945/2025 04.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Ülkər Fikrət qızının katibliyi, Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən 13 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 13 iyun 2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, fiziki şəxs Şəxs 4 mart 2025-ci il tarixdə Yevlax şəhəri ərazisində yerləşən “Mayak” adlı restoranın yaxınlığında Yevlax RPŞ-nin polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması şübhəsi ilə saxlandıqdan sonra Şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyini bildirdiyi əraziyə, yəni “Kür” çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində, sağ sahilində yerləşən yaşıllıq əraziyə baxış zamanı sonuncunun az miqdarda qanunsuz kultivasiya etdiyi əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli 2 ədə, uzunluğu 20 sm olan çətənə (kannabis) bitkisinin kökləri aşkar edilmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında qeyd etmişdir ki, uzun illərdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Daha əvvəllər də məhkumluğu olub. Hal-hazırda barəsində istintaqı aparılan cinayət işi üzrə özünü təqsirli bilmir, həmin narkotik vasitə onun üzərində olmamışdır. Lakin yabanı halda bitən çətənə kollarından yığıb özündə saxladığı 2 ədəd çətənə bitkisinin toxumunu “Kür” çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində sahildə torpağa basdırmış və böyümələri üçün onlara mütəmadi qulluq etmişdir. O, həmin çətənə kolunu öz istifadəsi üçün əkib becərdiyini və heçkimə narkotik vasitələrini satmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinərək barəsində maddənin sanksiyasının ən yuxarı həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Cinayət Məcəlləsinin 237.1 və 237.2.1-ci maddələrinin tərkib əlaməti olmadığından onun barəsində həmin maddələrlə cinayət işinin başlanması xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” və “Götürmə aparılması haqqında” protokollardan görünür ki, Şəxs ifadəsinin yerində yoxlanılması məqsədi ilə Kür çayının sağ sahilinin Yevlax şəhəri ərazisində keçən hissəsinə aparılmış, sonuncu çətənə bitkilərini əkdiyi yeri göstərmişdir. Şəxs göstərdiyi ərazidən çətənə bitkisinin qalıqlarına bənzər 2 ədəd təxminən 20 sm uzunluqda köklər torpaqla birlikdə nümunə kimi qablaşdırılaraq götürülmüşdür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 15 may 2025-ci il tarixli 17/326 nömrəli rəyindən görünür ki,üzərində “25040030 nömrəli cinayət işi üzrə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsinin sağ sahilində yerləşən yaşıllıq ərazidən götürülmüş 2 ədəd kök və torpaq nümunəsi” yazısı olan 1 ədəd kağız bağlamanın içərisində 1ədəd sellofana bükülmüş 2 ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin hissələridir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə və ya yetişdirilməsinə) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs özünü tam təqsirli bilməsə də, onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkini əkib becərməsi, bununla da İXM-in 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, ekspert rəyi, fotoşəkillər, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığı (İXM- 32.1.1) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №3(039)-945/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-945/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver