Məhkəmə qərarları › İş №3(039)-947/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-947/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-947/2020 26.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakı ilə, Şəxs-xx.xx.1967-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,Yevlax şəhəri H.Əliyev küçəsi ev 2/9. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadıqları evin həyətində keçmiş həyat yoldaşı X6 nalayiq söyüşlər öyərək təhqir etmiş, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri H.Əliyev küçəsi ev 2, mənzil 9-da yaşayan X1 Rayon Polis Şöbəsinin ərizə ilə müraciət edərək həyat yoldaşı Şəxs onu küçə söyüşləri söyüb təhqir etdiyi üçün barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizəyə əsasən tərəfindən araşdırma aparılmış, Şəxs və X3 izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə qızına 400 manat dəyərində olan yeni mobil telefon almışdır. Keçmiş həyat yoldaşı Səidə telefonun qiymətinə görə mübahisə yaratmış, mübahisə zamanı yoldaşına əsəbləşərək nalayiq söyüşlər işlətmişdir. Səidə Əliyevadan üzr istəyir, törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində yaşadıqları evin həyətində keçmiş həyat yoldaşı Şəxs onu küçə söyüşləri ilə söyüb təhqir edərək getmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxs X3 ifadəsi, polis sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar