Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-947/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində 14 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(039)-312/2020 saylı icra vərəqəsini təmin etməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, 11.08.2020-ci il tarixli, 2(039)-312/2020 saylı icra vərəqəsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra sənədinə əsasən X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikili borclular Şəxs və X8 hesabına sökülərək, onlar həmin torpaq sahəsindən çıxarılmalıdır. Borclu Şəxs dəfələrlə şöbəyə bildirmişdir ki, icra sənədinin icrasını təmin edəcək yəni tikilini sökərək torpaq sahəsini tələbkar X7 təhvil verəcəkdir və bunun üçün müəyyən bir vaxt istəmişdir. Lakin borclu bu günədək məhkəmə qərarını icra etməmişdir. Borclu Şəxs Yevlax rayon icra və probasiya şöbəsinə polis tərəfindən məcburi gətirilərək izahatı alınmış və izahatında hazırda bu gün tələbi təmin edə bilməyəcəyini, bunun üçün 1 ay vaxt verilməsini istəmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədinin icrasını təmin etməmiş və bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(039)-312/2020 saylı qətnaməsinə əsasən X1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikili onun və digər borclu olan oğlunun hesabına sökülərək, onların həmin torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmənin qərarını icra etməkdən yayınmır, sadəcə olaraq söz verdiyi müddət ərzində çatdırıb tikilini söküb həmin torpaq sahəsindən çıxa bilməmişdir, çünki həmin torpaq sahəsində inşa edilmiş “Oba” market çıxmaq üçün münasib bir yer tapmayıb, ona görə də söküntü işlərini aparmaq mümkün olmayıb. Məhkəmə qərarının icra edilməsi üçün ona 1 ay vaxt lazımdır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X9 izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli, 2(039)-312/2020 saylı icra sənədinə əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0052 ha torpaq sahəsində inşa edilmiş tikili borclular Şəxs və X8 hesabına sökülərək, onlar həmin torpaq sahəsindən çıxarılmalıdır. Aralarında olan razılaşmaya əsasən borclu Şəxs şöbəyə iltizam verərək bildirmişdir ki, müəyyən bir vaxt ərzində icra sənədinin icrasını təmin edəcək, yəni tikilini sökərək torpaq sahəsini ona təhvil verəcəkdir, lakin borclu bu günədək tikilini sökməmişdir. Ondan şikayətçidir. Məhkəmədən Şəxs qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1961-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan, Yevlax şəhəri, M.Əliyev küçəsi, ev 66 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-947/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-947/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver