Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-949/2023 11.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1987-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olan və Yevlax rayonu Xanabad kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hazırda faktiki ailə qurduğu Eldar Xanməmmədovla birlikdə Yevlax rayonu Xanabad kəndində sonuncuya məxsus evdə ailə kimi yaşayırlar. Onlardan başqa həmin evdə Eldarın keçmiş arvadı Zərərçəkmiş şəxs də övladları ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Vəfanın və oğlunun evə ayaqqabı ilə daxil olması və sonuncular tərəfindən evin içərisinə torpaq tökmələri səbəbindən aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Vəfa onun və azyaşlı qızınının ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Vəfanı itələmişdir. O, Vəfanı döyməmiş və ona xəsarət yetirməmişdir, əksinə Vəfa və onun övladları tez tez evdə Eldar və onunla mübahisə yaratmış və ünvanlarına söyüşlər söymüşlər. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Eldar Xanməmmədov onun keçmiş əridir və məhkəmə qətnaməsi əsasında o, keçmiş ərinə məxsus evə köçürülməsi qərara alındıqdan sonra o, da övladları ilə birgə həmin evdə yaşayır. Keçmiş əri Şəxs ilə faktiki nikahda olmaqla həmin evdə yaşayırlar və onlar mütamadi olaraq onunla və övladları ilə mübahisə edərək həmin evdən çıxmalarına çalışırlar. xx.xx.2023-cü il tarixdə həmişəki kimi Tünzalə mübahisə yaratmışdır və mübahisə zamanı onu söymüş və üzərinə hücum edərək əlindəki pol ağacı ilə onu qolundan və ayağından vuraraq xəsarət yetirmişdir. Bundan sonra DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Qeyd etdiyi hadisə ilə bağlı əlində video görüntülər vardır və onları məhkəməyə təqdim edir. Tünzalənin qanuni şəkildə cəzalandırılmasını xahiş edir. X1 məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmamasını nəzərə alıb inzibati xəta haqqında protokul icraatına xitam verilməsini verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Yevlax rayonu Xanabad kəndində Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin 532 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol biləyinin arxa səthinin sıyrığı, sol budun yuxarı 1/3-nin yan səthinin qançırı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəməyə təqdim olunmuş video materialdan görünür ki, Şəxs əlindəki döşəmə silmək üçün nəzərdə tutulan ağac ilə Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onu vurmuş və bu zaman sonuncunun əlindəki telefon düşdüyündən çəkilişin qalan hissəsində tərəflərin bir birilərinə qarşı nalayiq ifadələr işlədilməsi eşidilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini də şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi 1 (bir) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 9 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X6 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-949/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-949/2023
11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver