Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-95/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1974-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonu İ.Şəmil küçəsi ev 28-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat gecə 01:20 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində ictimai qaydanı pozaraq səs-küy salmış, ucadan nalayiq söyüşlər edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X6 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində Yevlax şəhəri planlar deyilən ərazidə Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı X4 və İTB-nin polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlu xidmət aparan zaman iki nəfərin küçə ilə qaçdıqlarını görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onardan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə onlar polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq ünvanlı və ünvansız söyüşlər söymüşlər. Onları Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı X4 və İTB-nin polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlu Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat gecə 01:20 radələrində Yevlax şəhəri H.Aslanov küçəsində ictimai qaydanı pozaraq səs-küy salmış, ucadan nalayiq söyüşlər edərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş sejantı X4 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 01:20 radələrində Yevlax şəhəri planlar deyilən ərazidə Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı X4 və İTB-nin polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlu xidmət aparan zaman iki nəfərin küçə ilə qaçdıqlarını görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onardan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə onlar polislərin qanuni tələblərinə qəsdən tabe olmayaraq ucadan qışqıraraq ünvanlı və ünvansız söyüşlər söymüşlər. Onları Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxslərin Yevlax Rayon sakini X7 və Zaqatala Rayon sakini X5 olmaları müəyyən edilmiş və barələrində ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlu məhkəmə iclasında şahid Rüstəm Məhərrəmovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidlərin ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis baş serjantı X1 və İTB-nin polis nəfəri, polis serjantı Musayev Elnur Göyüş oğlunun xx xxxxxx 2020-ci il tarixli raportu, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 02:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələrini, Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxx 1974-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Zaqatala rayonu İ.Şamil küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-95/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-95/2020
11.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver