Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-95/2022 07.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Prokurorluğun 21.01.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 dekabr 2021-ci il tarixdə saat 16.00 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə ilə əlaqədar idarə etdiyi VAZ 2107 markalı, 90OD266 dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonun Aran qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi Toyota Corolla markalı, 77BF157 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən qəsdən vuraraq Zərərçəkmiş şəxs məxsus həmin avtomobilə ümumilikdə 950 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izah etdi ki, Mingəçevir şəhərində yaşayır və orada un satışı ilə məşğuldur. Şəxs uzun müddətdir tanıyır, onun daimi müştərisidir. Şəxs ona borcu vardır və həmin borcu ödəmir, hər dəfə ondan pulunu istədikdə, o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınırdı. Pulunu tələb etmək üçün 13.12.2021-ci il tarixdə saat 16.00 radələrində özünə məxsus “Toyota Corolla” markalı, 77BF157 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəxs Yevlax rayonu Aran qəsəbəsində yerləşən çörək sexinə getmiş, orada aralarında münaqişə yaranmış, bir müddət sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Aran qəsəbəsindən Mingəçevir şəhərinə gələrkən Dəmir yolu keçid məntəqəsində dayanarkən Şəxs idarə etdiyi VAZ 2107 markalı, 90OD266 dövlət qeydiyyat nişanlı avtomobil ilə onun avtomobilini arxa tərəfdən vurmuş, nəticədə ona ümumilikdə 950 manat məbləğində ziyan dəymişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, özünü 13.12.2021-ci il tarixində baş vermiş hadisədə təqsirli olduğunu etiraf edir, lakin vurulmuş ziyanın məbləği ilə razı deyil. Hesab edir ki, hadisə nəticəsində göstərilən məbləğdən, yəni 950 manatdan daha az məbləğdə ziyan dəymişdir. Maddi imkanı olmadığı üçün hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyə bilmir. Məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Yevlax RPŞ-nin İB-nin 30 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, Yevlax rayonu ərazisində baş verən hadisədə toplanmış material üzrə cinayət tərkibi olmadığına görə Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Avtovaz Texniki Xidmət” Yevlax 1 saylı Xəzər- Lada Səhmdar Cəmiyyətinin tərtib etdiyi 14.12.2021-ci il tarixli, 18 saylı rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs məxsus “Toyota Corolla” markalı, 77BF157 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 950 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. (Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin faktiki hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-50, 114- 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş ziyanın bir misli miqdarında, yəni 950 (doqquz yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-95/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-95/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver