Məhkəmə qərarları › İş №3(039)-950/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-950/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-950/2021 15.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3, Baş X16i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili X6, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 15 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.12.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tərtib olunmuş 1258 saylı akta əsasən onun narkotik vasitə qəbul etməsi təsdiq olunmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş İXP seriyalı ******* saylı, 14 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.12.2021-ci il tarixdə saat 21:00-da idarə etdiyi “BMW 525 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 15.12.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 14.12.2021-ci il tarixdə saat 21:00-da Yevlax rayonu Aran qəsəbəsi ərazisində keçirilən reyd zamanı “BMW 525 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücünün avtomobili idarə etməsinə hüququnun olmaması və avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi müəyyən olunmuşdur. Bundan sonra sürücü ilə söhbət əsnasında onun narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunmuşdur və avtomobili stasionar postun dayanacağına yerləşdirmək zərurəti yaranmışdır. Stasionar postda avtomobilin təhvil-təslimi zamanı sürücü tabesizlik göstərərək avtomobilə baxış keçirilməsinə maneə törətmişdir. Bundan sonra sürücünü nizam-intizamlı olmağa dəvət etmişlər. Sürücü aqressiv olduğu və onların tələbinə tabe olmadığı üçün Yevlax rayon polis şöbəsinə aparılmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs- X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 14.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımın əməkdaşlarının tələbinə tabe olmayan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tərtib olunmuş 1258 saylı protokola əsasən narkotik vasitə qəbul etmiş Şəxs rayon polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, “BMW 525 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur və avtomobili etibarnamə əsasında idarə etsə də etibarnamənin müddəti biltmişdir. 14.12.2021-ci il tarixdə Yevlax rayon ərazindən qeyd olunan avtomobil ilə hərəkətdə olan zaman yol polisin əməkdaşları onun avtomobilini saxlamışlar və onun nakotik vasitələrdən istifadə edib-etməməsi üçün tibbi müayinədən keçirmişlər. Tibbi müayinə zamanı onun narkotik vasitə qəbul etməsi aşkar olunmuşdur. Həmin narkotik vasitəni o, təqribən 10 gün əvvəl istifadə etmişdir. Polis əməkdaşı onunla aqressiv danışdığından, o da polis əməkdaşı ilə aqressiv danışmışdır. Onun tərəfindən polis əməkdaşlarına hər hansı tabesizlik göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X16i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X4 çıxış edərək bildirmişdir ki, 14.12.2021-ci il tarixdə saat 21:00-da Yevlax rayonu Aran qəsəbəsi ərazisində keçirilən reyd zamanı “BMW 525 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücünün avtomobili idarə etməsinə hüququnun olmaması və avtonəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi müəyyən olunmuşdur. Bundan sonra sürücü ilə söhbət əsnasında onun narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişlər. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunmuşdur və avtomobil saxlan yerinə verilməsi haqqında protokol tərtib edilərkən sürücü tabesizlik göstərərək avtomobilə baxış keçirilməsinə maneə törətmişdir. Məhkəmə iclasında vəkil X9 çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül inzibati tənbeh tədbirinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 15 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.12.2021-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamış və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tərtib olunmuş 1258 saylı protokola əsasən onun narkotik vasitə qəbul etməsi təsdiq olunmuşdur; İXP seriyalı ******* saylı, 14 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 14.12.2021-ci il tarixdə saat 21:00-da idarə etdiyi “BMW 525 MİNİK” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarını törətmişdir; 14 dekabr 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 14 dekabr 2021-ci il tarixdə saat 21:00-da tutulmuşdur; sərxoşluğun müayinəsinə dair 14.12.2021-ci il tarixli,1258 №li protokoldan görünür ki, Şəxs marixuana istifadə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 206-cı maddəsinin sanksiyası hədləri daxilində(daha ciddi xətaya görə) inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206, 333.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 14 dekabr 2021-ci il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar