Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-950/2022 10.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Hürüuşağı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ağdaş rayon Notariat kontorunun 8İ-3702 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 936 manat borcunu ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu icra və probasiya şöbəsinə dəvət olunmuş, və icra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış 936 borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən öhdəliklərini icra edə bilmir. Belə ki, o əvvəllər hərbiçi olmuş və hərbidə işlədiyi müddətdə tələbkara borcundan ödənişlər etmişdir. Lakin hərbidən işdən çıxdıqdan sonra atası vəfat etmiş, onun əkiz uşaqları dünyaya gəlmişdir və bundan başqa o tək ailəsinə baxdığı üçün mövcud borcunu ödəyə bilməmişdir. Lakin qısa müddətdə o, hərbidən çıxdığı üçün son hesab pulu almalıdır və həmin pulu aldıqda borcunu ödəyəcəkdir. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Ağdaş rayon Notariat kontorunun 8İ-3702 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 936 manat aliment borcunu ödəməkdən yayınmışdır; Ağdaş rayon Notariat kontorunun 8İ-3702 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs xx.xx.2021-ci il tarixli, 3M-27 reyestrli, Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş kredit müqaviləsinə əsasən vaxtında ödənilməmiş 1000 manat pul və 25 manat dövlət rüsumu olmaqla cəmi 1025 manat manat X2 xeyrinə verilməlidir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Ağdaş rayon Notariat kontorunun 8İ-3702 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; xx.xx.2022-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Elektron icra sistemindən əldə olunmuş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, borclu Şəxs mülkiyyətində VAZ 21099 MİNİK markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobil vardır; Yevlax Rayon Məhkəməsinin 8(039)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəxs mülkiyyətində VAZ 21099 MİNİK markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43.1.1- ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri kimi nəzərdə tutulmuş, həmin qanunun 45-ci maddəsinəəsasən isə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir (45.1). Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir (45.6). İş materiallarında da göründüyü kimi, Yevlax Rayon Məhkəməsinin 8(039)-112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Şəxs mülkiyyətində VAZ 21099 MİNİK markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulsa da icra məmuru həmin əmlakın axtarılması və borcun ona yönəldilməsi istiqamətində lazımi icra tədbirləri görməmiş və borclunun inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs barəsində lazımi məcburi icra tədbirləri tam həyata keçirilmədiyindən və icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-950/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-950/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver