Məhkəmə qərarları › İş №3(039)-952/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-952/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-952/2021 16.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16.12.2021-ci il tarixdə saat 12:50 radələrində Yevlax rayonu Qaraməmmədli kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, 16.12.2021-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində Yevlax rayon polis şöbəsinin polis sahə rəisi Vasif Fəttayevlə birlikdə kafelərdə karantin qaydalarına riayət olunub-olunmamasını yoxlayan zaman bir nəfər vətəndaş öz etirazını bildirərək səs-küy salmağa başlamışdır. Onlar həmin vətəndaşa yaxınlaşıb onu nizamintizama dəvət etmişlər. Vətəndaş onlara tabesizlik göstərmiş və onlar həmin vətəndaşı polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 16.12.2021-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən kafedə oturan zaman polis əməkdaşları kafeyə gələrək karantin qaydallarına riayət olunmasını yoxlayan zaman o, özündən asılı olmadığı səbəblərdən əsəbləşərək polis əməkdaşlarına etiraz etmişdir. Bundan sonra polis əməkdaşları onu intizamlı olmağa dəvət etsələr də o, əsəbi olduğu üçün polislərə tabesizlik göstərmişdir. Bundan başqa İİ Qarabağ müharibəsi iştirakçısı olmağını və hazırda əməlindən peşman olmasını, polislərdən üzr istədiyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon X4 təhlükəsizlik bölməsi sahənin polis nəfəri, polis baş serjantı X5 çıxış edərək bildirmişdir ki, 16.12.2021-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kəndində Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 ilə birlikdə karantin qaydalarına kafelərdə riayət olunub-olunmaması yoxlayan zaman bir nəfər vətəndaş öz etirazını bildirərək səs-küy salmağa başlamışdır. Onlar həmin vətəndaşa yaxınlaşıb onu nizam-intizama dəvət etmişlər. Vətəndaş onlara tabesizlik göstərmiş və onlar həmin vətəndaşı polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı, 16 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16.12.2021-ci il tarixdə saat 12:50 radələrində Yevlax rayonu Qaraməmmədli kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatlarına dair portaldan çıxarışdan förünür ki, Şəxs 22.09.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və müharibə iştirakçısı olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar