Məhkəmə qərarları › İş №3(039)-952/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-952/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-952/2022 10.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 10 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MŞ-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs MŞ-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs öz izahatında bildirmişdir ki,xx.xx.2022-ci il tarixdə səhər saatlarında təxminən saat 08.50 radələrində Yevlax şəhəri S.Vurğun küçəsində yerləşən İrşad elektronika mğasanın qarşısına özünə məxsus Mercedes markalı ** HJ *** d.q.n.n avtomaşını saxlayib qapını acarkən tanimadığı az yaşlı uşağın idarə etdiyi skuteri maşının qapısına dəyib yerə yixildiğını,kömək etmək məqsədi ilə uşağı yerdən qaldırdığını,uşağa hansı zədənın alıb almadığını sorubmuş,uşaq isə hec bir xəsarətin olmdığını,sadəcə sol ayağının ağrıdığını bildirmişdir.Bu zaman hadisə yerinə mühafizə xidmətinin polis əməkdaşları yaxınlaşmışlar,həmin az yaşlı uşağı aparmaq istəyərkən o,polislərdən uşağı hara aparmaq istədiklərini dəfələrlə soruşmuş lakin buna hec bir məlumat verilmədiyini bildirmişdir.Hadisə zamanı iş yoldaşı Elçin Şüküov poliş əməkdaşlarının biri ilə sözlə mübahisə etdiyini eşidib,kiminsə poliş maşının pəncərəsinə zərbə endirdiyini eşidib lakin görmədiyini bildirmişdir.Əməlindən səmimi peşmancılığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin MŞ-nin polis nəfəri nəfəri polis serjantı X1 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Yevlax şəhəri Səməd Vurğun küçəsində İrşad elektronika mağazasının qarşısında Mercedes markalı ** HJ *** d.q.n-lı avtomaşının sürücüsü avtomobili saxlayarkən sonradan adı onlara məlum olan Şəxs avtomaşınla skuter sürən 2010-cu il təvəllüdlü X2 dəyərək yerə yıxmışdır.Onlar həmin uşağı xəstəxanaya aparmaq istəyərkən sürücü Şəxs onların həmin xəsarət alan uşağı xəstəxanaya aparmağa manecilik törətdiyini,əmrlərinə tabe olmadığını bildirmişdir.Onlar həmin vətəndaşı nizam intizama dəvət etsələrdə o öz hərəkətini davam etdirdiyini bildirmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şəxs MŞ-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır.Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:45-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır 31.4.1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli ) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar