Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-953/2021 16.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Malbinəsi kəndində yaşayan. Şəxsn oğlu barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 16 dekabr 2021-ci il tarixdə saat 12:50-da Yevlax şəhəri Nizami prospektində yerləşən Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, 16 dekabr 2021-ci il tarixdə saat 12:50 radələrində polis sahə rəisi, polis baş leytenantı Teymur Baxşəliyev polis nəfəri, polis baş serjantı Vasif Fəttayevlə birlikdə xidməti ərazidə “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kafelərə baxış keçirilən zaman, İlkin Məmmədov polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün polis əməkdaşları həmin şəxsi məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. İlkin Məmmədovun izahatı alınan zaman həmin şəxsin dayısı Şəxs Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gələrək orada səs-küy salmışdır. Bundan sonra polis sahə rəisi, polis baş leytenantı Teymur Baxşəliyev raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 16 dekabr 2021-ci il tarixdə bacısı oğlu X7 rayonu Malbinəsi kəndində saxlanılaraq polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra bacısı oğlu İlkin Məmmədovun saxlanılması ilə əlaqədar rayon polis şöbəsinə gəlmiş, həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı kobudluq edərək orada səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Əməlindən peşmandır. Polis sahə rəisi, polis baş leytenantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 16 dekabr 2021-ci il tarixdə saat 12:50 radələrində polis nəfəri, polis baş serjantı Vasif Fəttayevlə birlikdə xidməti ərazidə “Covid-19” infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kafelərə baxış keçirilən zaman, İlkin Məmmədov polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün həmin şəxsi məcburi qaydada rayon polis şöbəsinə gətirmişlər. İlkin Məmmədovun izahatı alınan zaman həmin şəxsin dayısı Şəxs Yevlax Rayon Polis Şöbəsinin inzibati binasına gələrək orada səs-küy salaraq ünvansız söyüşlər etmişdir. Həmin şəxsi nizam-intizama dəvət etmələrinə baxçayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. İşdə olan 16 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 16 dekabr 2021-ci il tarixdə saat 13:00-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-953/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-953/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver