Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-954/2024 10.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunın sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yol patrul xidmətinin inspektoru, polis serjantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bərdə rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayon Qazaxlılar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı barədə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü ildə QAZ 32213 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 332.7-ci maddəsində əsasən Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması hallarına yol verilmişdir. Məhkəmə iclasında Yol patrul xidmətinin inspektoru, polis serjantı X3 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü ildə QAZ 32213 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 332.7-ci maddəsində əsasən Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması hallarına yol verilmişdir. Məhkəmə iclasında Şəxs ifadəsndə bildirmişdir ki, avtomobilin sürücüsü xəstə olduğu üçün sərnişin daşıma maşını o idarə etməli olub, Maşının işığının söndüyü üçün maşını qırağa çəkərkən Nazimin avtomobilinin onun qarşısına çıxdığını onun avtomobili ilə toqquşmuşdur. Hadisədən sonra maşınnan anlayışının olmamasına görə ustaya Nazimin maşınını təmir etmək üçün 1050 manat pul vermişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, gecə saat 3-4 iradələrində evdən çıxaraq Bərdə yolunda mal-qara satmağa yollanmışdır. Bir anlıx Qoşqarın idarə etdiyi avtomobillə onun üzərinə hərəkət etdiyini, öz avtomobilini onun qarşısından çəkmək istəsədə, çəkə bilmədiyini, ə nəticədə qəza törəndiyini bildirmişdir. Hadisədən 1-2 gün sonra Qoşqar özü ilə usta gətirərək Nazimin avtomobilini tanış ustaya düzəltdirəcəyini bildirsədə, avtomobilin sadəcə qapısını düzətdirdiyini, qalan hissəsinin isə Nazimin özü düzəltdiyini, Qoşqarın öz avtomobilini isə Qoşqar tamam düzəltdiyini bildirərək ondan şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən Şəxs xx.xx.2024-cü ildə QAZ 32213 markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 332.7-ci maddəsində əsasən Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması hallarına yol verilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli 847 nömrəli aktdan görünür ki, Şəxs sərxoşluq halı və narkotik vasitədən istifadə halları müəyyən edilməmimişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və tədris birliyinin 450 saylı rəyindən görünür ki, X2 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri aşakr edilmədi. 24 iyul 2024-cü il tarixli İlkin qiymətləndirmə aktından görünür ki, X2 idarə etdiyi Qaz 33023 111 markalı ** SM *** nömrə nişanlı avtomobilinə dəymiş zərərin ümumi dəyəri 3037 manatdır. AR DİN BDYP idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 27 iyul 2024-cü il tarixli qəraradan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, materiallara əlavə edilmiş izahatları, vizual baxış zamanı tutulmuş qüsur aktlarını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsi ilə düzgün tövsif olunmuşdur Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.7-ci maddəsinə əsasən bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması inzibati xəta hesab olunur. İki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərnişin daşıma avtomobili idarə edərək zərərçəkmiş şəxslərə maddi ziyan vurması, İXM-in 332.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı maddi zərərin vurulması haqqında tərtib olunmuş aktları və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, törətdiyi əməlin xarakterini, sürücülük hüququ olmadan sərnişin daşımasını dəymiş ziyanı tam ödəməməsini, zərərçəkmiş şəxslə barışmamasını və digər halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 332.7-cı maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-954/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-954/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver