Məhkəmə qərarları › İş №3(039)-955/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-955/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-955/2021 20.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Baş X4i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımından daxil olmuş İXP seriyalı ******* saylı, 19 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 17:57də idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 19.12.2021-ci il tarixdə saat 17:57-də Bakı-Qazax yolunun 281.4-cü kilometrliyində keçirilən reyd zamanı “OPEL ASTRA MİNİK” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücü ilə söhbət əsnasında onun narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. 19.12.2021-ci il tarixdə Bakı şəhərindən tanımadığı bir neçə nəfəri Bərdə şəhərinə aparmağa razılaşmışdır. Yolda həmin sərnişinlər narkotik vasitə olan marixuana qəbul etmişlər və ona da təklif etdikdə o, etiraz etmədən istifadə etmişdir. Bundan sonra yol polisin əməkdaşları onun avtomobilini saxlamışlar və onun nakotik vasitələrdən istifadə edib-etməməsi üçün tibbi müayinədən keçirmişlər. Tibbi müayinə zamanı onun narkotik vasitə qəbul etməsi aşkar olunmuşdur. O, avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını, Vətən müharibəsi iştirakçısı olduğunu, müharibədə iştirakına görə iki medalla təltif olunduğunu və əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 19.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 17:57-də idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; sərxoşluğun müayinəsinə dair 19.12.2021-ci il tarixli,1284 №li protokoldan görünür ki, Şəxs marixuana istifadə etməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Medalının İ-4651 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə Şəxs “Xocavəndin azad olunamsına görə” medalı ilə təltif olunub; Azərbaycan Respublikası Medalının İ-8485 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə Şəxs “Füzulinin azad olunamsına görə” müdalı ilə təltif olunub; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 19.12.2021-ci il tarixdə saat 17:57-də idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə marixuananın təsiri altında idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, Vətən müharibəsi iştirakçısı olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar