Məhkəmə qərarları › İş №3(039)-956/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-956/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-956/2021 20.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Polis Şöbəsində Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan 18.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 18 dekabr 2021-ci il tarixdə saat 12.20 radələrində Yevlax şəhəri, Fizuli küçəsində yerləşən “Araz” marketin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 izah etdi ki, 18.12.2021-ci il tarixdə saat 12.20 radələrində Yevlax şəhəri, Fizuli küçəsində yerləşən “Araz” marketin qarşısında VAZ 2107 markalı, K874TE05 dövlət qeydiyyat nişanlı avtomaşın 374 manat borcu olduğu üçün avtomobilin üzərinə “borca görə saxlanılsın” qoyulduğu üçün yol patrul xidmətinin baş inspektoru polis kapitanı Samir Səlimov tərəfindən həmin avtomobil saxlanılmış, sürücüdən avtomobilə aid sənədlər tələb edilmiş, sürücüyə hansı səbəbdən saxlanılması, borcu olduğu üçün avtomobilin duracağa getməsi bildirilmişdir. Sürücü ictimai yerdə səs küy salaraq öz etirazını bildirmiş, polis əməkdaşı onu nizam intizama dəvət etmiş, lakin vətəndaş onun qanuni tələbinə qəsdən tabe olmayaraq, avtomobili təhvil vermək istəməmiş və oradan uzaqlaşmağa çalışmışdır. Həmin sürücü Yevlax RPŞ-ə gətirilmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Göyçay rayon sakini Şəxsdur. Bu barədə Yevlax RPŞ-nin DYPB-nin yol patrul xidmətinin baş inspektoru polis kapitanı Samir Səlimov polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Bəydövül kəndində yaşayır, ailəlidir, üç azyaşlı övladı vardır. 18 dekabr 2021-ci il tarixdə saat 12.20 radələrində Yevlax şəhəri, Fizuli küçəsində yerləşən “Araz” marketin qarşısında etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı, K874TE05 dövlət qeydiyyat nişanlı avtomobili YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, ondan sənədlər tələb edilmiş, borcu olduğu üçün avtomobilin duracağa getməsi bildirilmişdir. Həmin gün uşağı xəstə olduğundan əsəbi olmuşdur, bu səbəbdən polis əməkdaşına qarşı kobudluq etmiş, onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edir ki, borcunun olduğundan xəbərsiz olmuşdur. Törətdiyi əməldən səmimi olaraq peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı X5 bildirmişdir ki, 18.12.2021-ci il tarixdə saat 12.20 radələrində Yevlax şəhəri, Fizuli küçəsində yerləşən “Araz” marketin qarşısında xidməti avtomobildə YPX-nin inspektoru polis baş serjantı İsrayıl Cəbrayılov ilə birlikdə xidmətdə olarkən VAZ 2107 markalı, K874TE05 dövlət qeydiyyat nişanlı avtomaşın 374 manat borcu olduğu üçün avtomobilin üzərinə “borca görə saxlanılsın” qoyulduğu üçün tərəfindən həmin avtomobil saxlanılmış, sürücüdən avtomobilə aid sənədlər tələb edilmiş, sürücüyə hansı səbəbdən saxlanılması, borcu olduğu üçün avtomobilin duracağa getməsi bildirilmişdir. Sürücü ictimai yerdə səs küy salaraq öz etirazını bildirmiş, tərəfimdən o, nizam intizama dəvət edilmiş, lakin vətəndaş onun qanuni tələbinə qəsdən tabe olmayaraq, avtomobili təhvil vermək istəməmiş və oradan uzaqlaşmağa çalışmışdır. Onlarla kobud rəftar etmişdir. Həmin sürücü Yevlax RPŞ-ə gətirilmiş və polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Göyçay rayon sakini Şəxsdur. Bu barədə polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 18 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12.30-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 və şahid Yevlax RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis kapitanı X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1990-cı il tarixdə Göyçay rayonu, Bəydövül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Göyçay rayonu, Bəydövül kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar