Məhkəmə qərarları › İş №3(039)-96/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-96/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-96/2022 26.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X6 iştirakı ilə, Şəxs–xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 151-də yaşayır. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 02 yanvar 2022-ci il tarixdə Yevlax şəhəri C.Mustafayev küçəsi döngə 2, ev 14-də yaşayan X7 məxsus evin həyətindən 2 ədəd hind quşunu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax şəhəri C.Mustafayev küçəsi döngə 2, ev 14-də yaşayan X8 22 yanvar 2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək həyətindən oğurluq etmək istəyən şəxsi tutub saxlaması barədə məlumat vermişdir. Bundan başqa X8 22 yanvar 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 02 yanvar 2022-ci il tarixdə onun həyətindən 2 ədəd ev quşlarının oğurlanmasını bildirmidir. Hamin şəxsin əlindən oğurlamaq istədiyi hind quşlarını Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin 24 yanvar 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 02 yanvar 2022-ci il tarixdə Yevlax şəhər Xəstəxənasının yaxınlığında yerləşən evlərdən birinin həyətindən 2 ədəd ev quşu oğurlamış və həmin quşları tanımadığı şəxsə 10 manata satmışdır. 22 yanvar 2022-ci il tarixdə yenidən həmin həyətdən ev quşları oğurlamaq istəyərkən ev sahibi onu tutmuşdur. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 izah etdi ki, 02 yanvar 2022-ci il tarixdə evlərinin həyətindən hər birinin dəyəri 40 manat olan iki ədəd hind quşunun oğurlandığını görmüş, lakin bu barədə polisə məlumat verməmişdir. 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında bir nəfər tanımadığı şəxsin onun həyətində olan ev quşlarından birini oğurlamaq istəməsini görüb həmin şəxsu tutub bu barədə DİN-nin 102 xidməti zərng mərkəzi sisteminə məlumat verilmişdir. Hazırda Şəxs şikayətçidir, barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan 25 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 25 yanvar 2022-ci il tarixdə saat 17:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X3 24 yanvar 2022-ci il qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. 25 yanvar 2022-ci il tarixdən 26 yanvar 2022-ci il tarixədək 1 (bir) gün müddətində həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək Şəxs barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Şəxs 80 (səksən) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X8na ödənilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 4 (dörd) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar