Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-96/2023 27.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkcisi X2 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Rüstəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon prokurorluğundn daxil olmuş 21 dekabr 2022-ci il tarixli 203c-22 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yevlax rayonu Qaraməmmədli kənd sakini X1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək,Yevlax rayonu Rüstəmli kənd məktəbinin təsərrüfat müdiri Şəxs onun gəlini Zeynəb Muradzadəni onunla münasibət saxlamağa məcbur etdirərək hədələdiyini,Şəxs mesaj yazması səbəbindən oğlunun ailəsinin dağıldığını,buna görə də intihar etmək istədiyini bildirmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs vermiş olduğu izahatında göstərmişdir ki,X1 onun həmkəndlisi olduğunu,2022-ci il sentyabr ayının əvvəlində xatirlamadığı nömrədə onun istifadəsində olan nömrəsinə “whats app mobil tətbiqinə mesaj daxil olmuş,mesajda salam yazılmış,ona yazan xanım olmuş,sonradan öyrənmişdir ki,həmin xanım onun həmkəndlisi Şahmuradın arvadı Zeynəbdir.Buna baxmayaraq aralarında münasibət yaranmışdır.Sonralar Zeynəbin telefonuna müxtəlif tarixlərdə mesajlar yazdığını bildirmişdir.Zeynəbin əri Şahmurad bundan xəbər tutmuşdur.Şahmurad anası ilə birlikdə onlara gəlmiş,onu çağırıb görüşmək istəmiş,lakin həmin vaxt o evdə olmamışdır.Sonra o, öz anası ilə birlikdə Şahmuradın evinə getmiş,Zeynəb onun arvadı olmasını bilmədiyini,buna göre ondan üzr istədiyini bildirmiş,lakin Şahmurad onun üzürünü qəbul tməmişdir.Əməlindən səmimi peşmancılığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 21 dekabr 2022-ci il tarixli 203c-22 nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Yevlax rayonu Qaraməmmədli kənd sakini X1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək,Yevlax rayonu Rüstəmli kənd məktəbinin təsərrüfat müdiri Şəxs onun gəlini Zeynəb Muradzadəni onunla münasibət saxlamağa məcbur etdirərək hədələyini,Şəxs mesaj yazması səbəbindən oğlunun ailəsinin dağıldığını,buna görə də intihar etmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinazsızlıq göstərməklə,ümumi bırgəyaşayış qaydalarına zidd olaraq evli olduğu halda evli bir qadına əxlaqsızlıqla hədələyərək ictimai qaydanı pozması halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində tənbeh növündə inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2023-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(039)-96/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-96/2023
27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver