Məhkəmə qərarları › İş №3(039)-961/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-961/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-961/2021 22.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Maqomayev küçəsi ev 5-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə saat 20:55 radələrində Yevlax şəhəri H.Əliyev sarayının qarşısında sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, polis nəfərləri, polis serjantları Gündüz Mehtiyev və Şahin Baxşaliyev birlikdə xidmətdə olarkən Yevlax şəhəri H.Əliyev sarayının qarşısında saat təxminən 20:55 radələrində bir nəfər şəxs bayram şam ağacını yandırmaq istədiyini bildirərərək ucadan səs-küy salmışdır. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra polis nəfərləri, polis serjantları Gündüz Mehtiyev və Şahin Baxşaliyev raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 21 dekabr 2021-ci il tarixdə axşam saatlarında Yevlax şəhəri H.Əliyev sarayının qarşısında içkili olduğundan orada quraşdırılan bayram şam ağacını yandırmaq istəmişdir. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq onu sakitləşdirmək istəsələrdə o, içkili olduğundan ucadan səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, polis nəfəri, polis serjantı Gündüz Mehtiyev ilə birlikdə xidmətdə olarkən Yevlax şəhəri H.Əliyev sarayının qarşısında saat təxminən 20:55 radələrində bir nəfər şəxs bayram şam ağacını yandırmaq istədiyini bildirərərk ucadan səs-küy salmışdır. Həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişlər. Polis nəfəri, polis serjantı X4 məhkəmə iclasında şahid Şahin Baxşaliyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 21 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 21 dekabr 2021-ci il tarixdə saat 21:00-dan inzibati qaydada tutulmuşdur. İşdə olan 273 №-li, 21 dekabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs 21 dekabr 2021-ci il tarixdə saat 21:00-dan yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 dekabr 2021-ci il tarixdən saat 21:00-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar