Məhkəmə qərarları › İş №3(039)-963/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-963/2021

23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-963/2021 23.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Qaradağlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, 23 dekabr 2021-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs 22 dekabr 2021-ci il tarixdə qohumu Alim Abbasova məxsus evin qarşısında küçədə ucadan ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov bildirmişdir ki, Yevlax rayonu Xaldan kəndində yaşayan X6 22 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə dəfələrlə zəng edərək qohumu Şəxs onun yaşadığı evə gələrək münaqişə yaratmasını bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis X4 məsul növbətçisi, polis mayoru X9 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, 22 dekabr 2021-ci il tarixdə özünə məxsus olan geyim əşyalarını götürmək üçün Yevlax rayonu Xaldan kəndində yerləşən babasının yaşadığı evə getmişdir. Orada yaşayan əmisi oğlu Alim Abbasov onu evə buraxmadıqda səs-küy salıb onunla mübahisə etmiş, yaranmış səs-küyə qonşular gəlmişdir. Bundan sonra polis əməkdaşları həmin yerə gələrək onu rayon polis şöbəsinə gətirmişlər. O, heç kimi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, əmisi oğlu Şəxs hər dəfə həbsdən çıxdıqdan sonra yaşadığı babasına məxsus Yevlax rayonu Xaldan kənində yerləşən evə gələrək ailə üzvlərini və onu narahat edir. 22 dekabr 2021-ci il tarixdə axşam saatlarında Şəxs və əmisi Səməd Abbasov yenidən yaşadıqları evə gələrək onu söyüb təhqir etmişdir. Həmin vaxt səs-küyə qonşular gəlmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə müraciət etmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 22 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 22 dekabr 2021-ci il tarixdə saat 17:30-dan inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 22 dekabr 2021-ci il tarixdən saat 17:30-dan hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar