Məhkəmə qərarları › İş №3(039)-964/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-964/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-964/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7 oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 517-2.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Aran-Bəhrəmtəpə yolunun Malbinəsinə keçən hissəsində komendant saatının tələblərini pozmuşdur. Həmçinin, xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq polisin iş rejimini pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama və ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis nəfəri, polis kiçik serjantı X8 şəhər ərazisində xidmətdə olarkən saat 23:30 radələrində Aran-Bəhrəmtəpə yolunun malbinəsinə keçən hissəsində bir nəfər şəxsi görüb ona yaxınlaşaraq özünü təqdim edib tətbiq edilmiş komendant saatının qaydaları izah edilmişdir. Daha sonra komendant saatının pozulması ilə əlaqədar həmin şəxs rayon polis şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, o, Mingəçevir şəhər sakini Şəxsdur. Bundan sonra polis nəfəri X8 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasından ucadan qışqıraraq səs-küy salmış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə o, onların tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımov rayon polis şöbəsinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, və Şəxs barəsində ayrıayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1, 535.1 və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə yaşadığı Mingəçevir şəhərinə gedərkən saat 23 radələrində polis əməkdaşları onları saxlamış, ailə üzvlərini yaşadıqları evə getmələrinə köməklik etmiş, onu isə komendant saatını pozduğu üçün rayon polis şöbəsinə dəvət etmişdir. Etiraz etmədən polis avtomobilinə əyləşərək rayon polis şöbəsinə gəlmişdir. Yevlax Rayon Polis Şöbəsinin İnzibati binasında polis əməkdaşının ifadəsindən əsəbləşərək ucadan səs-küy salmış, polis əməkdaşlarının iş rejimi pozmuşdur. Polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, onları söyüb təhqir etməmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin baş serjantı X3 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində komendant rejimi qaydalarını pozduğu üçün Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Mingəçevir şəhər sakini Şəxs şöbənin inzibati binasında xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində ucadan qışqıraraq səs-küy salmışdır. O, həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etməsinə baxmayaraq həmin şəxs, kobud rəftar edərək onun işinə qarışmamağı bildirmiş, onu əli ilə tutmağa cəhd edərək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 23:30-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X7 oğlu tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li, və xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsi dair hissəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 23:30-dan hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar