Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-964/2023 19.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Yevlax rayonu Nərimanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Nərimanabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 29 noyabr 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 19 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Yevlax rayonu Nərimanabad kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Yevlax rayonu Nərimanabad kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək, Türkənın onun bacısının gəlini olduğunu,təzəlikcə qardaşının rəhmətə getdiyini,Türkənın qonşusunun qardaşı qızı Leylaya elçi düşdüyünü,xx.xx.2023-cü il tarixdə axşam saatlarında atası evində olan zaman Türkənın çöldə qardaşı qızı Leyla ilə şöhbət etdiyini gördüyünü, Türkənın Leylaya elçiliklə bağlı nəsə dediyini zənn etdiyini,bu zaman Türkənin üstünə gedərək “sənin qızla nə işin var, niyə çöldə şöhbət edirsiz” dediyini,bu zaman aralarında mübahisə baş verdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək, Zöhrənın onun ərinin xalası olduğunu,xx.xx.2023-cü il tarixdə saat 19 radələrində yaşadığı kənddə ərinin qohumu gilə qonaq getdiyini,qonaq getdiyi evə ərinin babası evindən keçdiyini,həyətdə Zöhrənin qardaşı qızı Leyla ilə söhbət etdiyini,Zöhrə bu zaman onları görüb çölə çıxaraq ona tərəfə gələrək “qardaşım qızını oğlanla danışdırırsan” dediyini, o isə Zöhrəyə “sənin qardaşın qızı böyük qızdır,mənim onunla nə işim” dediyini,Zöhrə onun sözlərinə məhəl qaymayaraq üstünə gələrək bir əli ilə boğazından və qolundan tutaraq boğmaq istədiyini,özünün asma xəstəliyindən əziyyət çəkdiyini,bu zaman halının pisləşdiyini,onu öldürməklə hədələdiyini bildirmişdir.Hal hazırda Şəxs ilə barışdığını,ondan hec bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək təqsirləndirilən şəxs Şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs barışdığını nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Yevlax rayonu Nərimanabad kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qızının törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs qızı tərəfindən Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs qızının məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Təqsirləndirilən şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 2(iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-964/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-964/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver