Məhkəmə qərarları › İş №3(039)-965/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-965/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-965/2021 27.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Tanrıqulular kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3842/2017 №-li, 24 avqust 2017-ci il tarixli icra sənədinə əsasən, yaranmış 405 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3842/2017 №-li, 24 avqust 2017-ci il tarixli icra sənədinə əsasən 13 oktyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutulub, iddiaçı X6 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 405 manat borcunun ödənilməsi tələb edilmiş və o, 27 dekabr 2021-ci il tarixdə şöbəyə verdiyi izahatında tələbkarın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs ona 405 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs ödəniş etmir, dəfələrlə vəd verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Himayəsində xəstə uşağı var, icra sənədi üzrə aliment borcun tam şəkildə ödənilməsini tələb edir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Hazırda icra sənədi üzrə tələbkar Mərziyə Qasımovaya 405 manat məbləğində aliment borcu yaranmışdır. Yaşadığı kəndə fərdi işlə məşğul olur, qazandığı pul gündəlik təlabatını ödəmir. İcra sənədi üzrə borcunu tələbkar Mərziyə Qasımovaya tam şəkildə ödəyə bilmir, vaxt verilərsə hissə-hissə ödəyəcəkdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, tələbkar Mərziyə Qasımovanın izahatı, icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanovun çıxışı və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 dekabr 2021-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar