Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-967/2020 02.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X7 oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 517-2.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 22:15 radələrində Yevlax şəhəri Dəmiryol Vağzalının dairəsində komendant saatını pozmaqla, sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Coşqun Bəkirov izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı X6 və polis serjantı X4 ilə birlikdə Yevlax şəhər ərazisində xidmətdə olarkən, saat 22:15 radələrində Yevlax rayon vağzal dairəsində bir nəfər şəxsin komendant saatını pozması aşkar edilmişdir. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, komendant rejimi qaydalarını pozması və tibbi maskadan istifadə etməməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Həmin şəxslə ünsiyyət zamanı onun sərxoş olması, ucadan nalayiq söyüşlər söyərək onları təhqir etməklə ictimai qaydanı kobud şəkildə pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin ərazidə marşrut xidmətində olan PPXB-nun polis nəfərləri Elşən İsmayılovu və Səxavət Quliyevi çağıraraq həmin şəxsi rayon polis şöbəsinə aparılmışdır. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra müstəntiq, polis baş leytenantı X6 rayon polis şöbəsinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə problemlər yaranmış bu səbəbdən saat 22 radələrində evdən çıxmışdır. Yolda polis əməkdaşları onu saxlamış, tibbi maskadan istifadə etmədiyi və komendant saatını pozduğu üçün rayon polis şöbəsinə dəvət edilərkən içkili olduğundan polis əməkdaşlarını nəlayiq ifadələrlə söyüb təhqir etmişdir. Ailəlidir və himayəsində 2 azyaşlı uşaqları vardır. Səhvini başa düşür və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis baş leytenantı X6 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə polis serjantı X4 ilə birlikdə Yevlax şəhər ərazisində xidmətdə olarkən, saat 22:15 radələrində Yevlax rayon vağzal dairəsində bir nəfər şəxsin komendant saatını pozması aşkar edilmişdir. Ona yaxınlaşaraq özünü təqdim etmiş, komendant rejimi qaydalarını pozması və tibbi maskadan istifadə etməməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Həmin şəxslə ünsiyyət zamanı onun sərxoş olması səbəbindən o, özünü qeyri səmimi apararaq, ucadan nalayiq söyüşlər söyərək onları təhqir etməklə ictimai qaydanı kobud şəkildə pozaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin ərazidə marşrut xidmətində olan PPXB-nun polis nəfərləri Elşən İsmayılovu və Səxavət Quliyevi çağıraraq həmin şəxsi rayon polis şöbəsinə aparılmasını bildirmişdir. Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında təxminən 1 saat qanunsuz hərəkətlər edərək polis əməkdaşlarının iş rejimini pozmuşdur. Yevlax Rayon Polis Şöbəsinin polis serjantı X4 məhkəmə iclasında şahid Xəzər Eldarovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmiş, Komendant saatının tətbiq edildiyi ərazilərdə: şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilsin; xüsusi giriş-çıxış rejimi tətbiq edilsin, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülmüşdür. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 02:25-dən inzibati qaydada tutulmuşdur. İşdə olan 249 №-li, xx xxxxxx 2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X7 oğlu tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi, himayəsində azyaşlı uşaqlarının olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 517-2.1. Xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1 və 535.1ci maddələri ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni xx xxxxxx 2020ci il tarixdən saat 22:15-dən hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-967/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-967/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver