Məhkəmə qərarları › İş №3(039)-967/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-967/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-967/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 535.1-ci maddələri ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 28.12.2021-ci il tarixli MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə saat 23.00 radələrində Yevlax şəhəri, Q.Quliyev küçəsində vətəndaş Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında 28.12.2021-ci il tarixli MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 02.00-da Yevlax şəhəri, Nizami prospektində ucadan səs küy salmış və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X9 izah etdi ki, 01 dekabr 2021-ci il tarixdə ünvan 1-də yaşayan vətəndaş Zərərçəkmiş şəxs Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, kirayədə yaşadığı mənzilin sahibi X6 və yanında olan Şəxs 01.12.2021-ci il tarixdə saat 22.00 radələrində onlara gəldiklərini və Şəxs onun üzünə sillə vuraraq onu döydüyünü bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 28.12.2021ci il tarixdə saat 02.00-da Yevlax şəhəri, Nizami prospektində yaşayış binaların qarşısında əlində bıçaq ilə özünə xəsarət yetirərək ucadan nalayiq söyüşlər söymüş və onu nizam intizama dəvət edən polis əməkdaşlarına məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izah etdi ki, Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qeyri rəsmi münasibətlərdə olduğu X4 məxsusdur. 01.12.2021-ci il tarixdə Elnarə Hüseynova ilə birlikdə Zərərçəkmiş şəxs evinə getmişlər, və ona evdən çıxmağını bildirmişlər, Əfsanə isə evdən daşınmaq üçün vaxt istəmiş, Elnarə onunla razılaşmış və onlar evdən çıxıb getmişlər. Sonradan o, içkili vəziyyətdə Əfsanənin yaşadığı evə təkrar qayıtmış, Əfsanəyə evdən çıxmağını bildirmiş, aralarında mübahisə olmuş, Əfsanənin üzünə sillə vurmuşdur. Bundan başqa 28.12.2021-ci il tarixdə Elnarə Hüseynova ilə dalaşdıqdan sonra içkili vəziyyətdə gecə saat 02.00 radələrində küçədə yaşayış binalarının qarşısında ucadan nalayiq ifadələr işlətmişdir. Ona yaxınlaşan polis əməkdaşları onu nizam intizama dəvət etmişlər, lakin içkili olduğundan onların tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izah etdi ki, ailəsi ilə birlikdə ünvan 1-də kirayədə yaşayır. 01.12.2021-ci il tarixdə mənzilin sahibi Aysel adlı şəxsin anası Elnarə Hüseynova və yanında olan bir nəfər şəxs evə gəlmişlər, evdən çıxmağını bildirmişlər. Elnarə ilə bu barədə razılaşdıqdan sonra onlar çıxıb getmişlər. Sonradan saat 22.00 radələrində onlar təkrar onun yaşadığı evə gəlmişlər, həmin vaxt içkili olan Şəxs onu təhqir etmiş, mərtəbədən atacağı ilə hədələmiş və üzünə sillə vurmuşdur. Hazırda ondan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Şəxs ilə qeyri rəsmi münasibətlərdədirlər. ünvan 1-də yerləşən fərdi yaşayış evi qızı Ayselə məxsusdur. Qızı Aysel həmin evi Zərərçəkmiş şəxs kirayə vermişdir. 01.12.2021-ci il tarixsə qızı ona zəng edərək Zərərçəkmiş şəxs həmin evdən çıxarmaq istədiyini bildirmişdir. O, da həmin gün Şəxs ilə birlikdə həmin evə getmiş, Zərərçəkmiş şəxs ilə bu barədə söhbət etdikdən sonra çıxıb getmişlər. Sonra gecə saatlarında Şəxs onu məcbur etmişdir ki, yenidən Zərərçəkmiş şəxs yaşadığı evə getsinlər, o, Yaməddin ilə birlikdə Əfsanənin evinə getmişlər. Aralarında mübahisə olmuş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs bir dəfə üzünə sillə vurmuşdur. Bundan başqa 28.12.2021-ci il tarixdə Şəxs onu hədələmişdir, yaşadığı binanın qarşısında küçədə ucadan nalayiq söyüşlər söymüş, təhqir etmişdir. Bu barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ PPXB-nin manqa komandiri polis serjantı X3 bildirmişdir ki, Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Mehman İbrahimov ilə birlikdə 28 dekabr 2021-ci il tarixdə saat 02.00-da xidmətdə olarkən Yevlax şəhəri, Nizami prospektində yaşayış binalarının qarşısında bir nəfər şəxsin əlində bıçaq ilə özünə xəsarət yetirərək ucadan nalayiq söyüşlər söydüyünü görüb, həmin şəxsə yaxınlaşıb nizam intizama etsələr də, həmin şəxs onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs məcburi qaydada RPŞ-yə gətirilmişdir. Yevlax RPŞ-də məlum oldu ki, həmin şəxs əvvəllər məhkum olunmuş, Mingəçevir şəhər sakini Şəxsdur. Bu barədə qanuni tədbir görülməsi üçün polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 şahid X1 verdiyi ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02.20-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli 278 saylı sərxoşluq hallarının müəyyən edilməsi barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin 14 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 14 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, MTE və PA Birliyinin Yevlax rayon şöbəsinin 03.12.2021-ci il tarixli 782 saylı rəy ilə Zərərçəkmiş şəxs bədəni üzərində onun travma almasını göstərən obyektiv məhkəmə tibb əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsində əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X5, Zərərçəkmiş şəxs, şahid Yevlax RPŞ PPXB-nin manqa komandiri polis serjantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilsə də, inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsinə tənbeh edilməlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, ictimai təhlükəlilik dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci mаddəsinin sanskiyasında nəzərdə tutulan inzibаti həbs tətbiq еdilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası Cermuk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən saat 02.20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar