Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-968/2022 13.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi X14 katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati icraat aparılan şəxs X5 iştirakları ilə, xx.xx.1981-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx.xx.2022-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə saat ünvan 2 ünvanından samovar,qab-qacaq və ləyən, xx.xx.2022-ci tarixdə Yevlax rayonu Qırmızı Oktyabr qəsəbəsində yaşayan X6 yaşadığı evin həyətindən 1 ədəd 8 metrlik dəmir armaturvə 3 ədəd şüşə balon, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakı və N.Tusi küçəsində 73 metr uzunluğundaTPP 100*2*0.4 ölçüdə rabitə kabelini oğurlamışdır. Bununla da X15mışdır.Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan X5 törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X16 çıxış edərək bildirmişdir ki, X15 xx.xx.2022-ci il tarixdə saat ünvan 2 ünvanından samovar,qab-qacaq və ləyən, xx.xx.2022-ci tarixdə Yevlax rayonu Qırmızı Oktyabr qəsəbəsində yaşayan X6 yaşadığı evin həyətindən 1 ədəd 8 metrlik dəmir armatur və 3 ədəd şüşə balon, xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Bakı və N.Tusi küçəsində 73 metr uzunluğundaTPP 100*2*0.4 ölçüdə rabitə kabelini oğurlamışdır.X7, X6, və X8 ərizəsi əsasında Yevlax Rayon Polis X3 araşdırma aparılmış və cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs- X9 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında istirak etməmişdir. Zərərçəkmiş şəxs- X10 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında istirak etməmişdir. Zərərçəkmiş şəxs- X11 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında istirak etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan X15 məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, səxsi ehtiyaci üçün oğurladıqını bildirmişdir.Hazırda əməlindən səmimi peşman olmasını və zərərin tezliklə ödəyəcəyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 06 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7, X6, və X8 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanması üçün Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, X15 xx.xx.2022-ci il tarixdə saat 18:20-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın dəyəri 564.35 manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X15 inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən saat 18.20-dən hesablansın. X2 20 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X10 ödənilsin. X2 90 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X13 ödənilsin. X2 454.35 manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödənilsin. Qərarın surəti X12 təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-968/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-968/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver