Məhkəmə qərarları › İş №3(039)-97/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-97/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-97/2022 26.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X10 oğlunun, Zərər çəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 06.12.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri E.Məmmədov küçəsi ev 151-də yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 22 yanvar 2022-ci il tarixdə Yevlax şəhəri H.Aslanov küçəsi 29-da yaşayan X2 həyətindən 6 ədəd ev quşunu oğurlamışdır. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax şəhəri H.Aslanov küçəsi 29-da yaşayan X7 22 yanvar 2022-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evinin həyətyanı sahəsindən 6 ədəd ev quşlarının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis X3 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X4 24 yanvar 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, 22 yanvar 2022-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri H.Aslanov küçəsində yerləşən tanımadığı şəxsin həyətində olan hindən 6 ədəd toyuq oğurladığı tiyuqları isə səhət saatlarında Yevlax şəhər bazarının yanında tanımadığı şəxsə 30 manata satmışdır. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə toyuqları sayarkən 6 ədəd toyuqların oğurlanmasını aşkat etmişdir. Bundan sonra o, DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evinin həyətyanı sahəsindən 6 ədəd ev quşlarının oğurlanması barədə məlumat vermişdir. Hazırda Şəxs heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan 25 yanvar 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 25 yanvar 2022-ci il tarixdə saat 17:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X4 təhqiqatçısı, polis kapitanı X5 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X6 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda həmin iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar