Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-972/2022 17.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax Rayon Prokurorunun müavini X2, zərərçəkmiş şəxs X1, Müdafiəci Yevlax Şəhər Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-cı il tarixdə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında” 17 oktyabr 2022-ci il tarixli qərarda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs və ailə üzvləri X3 döymüşdür. Yevlax Rayon prokurorunun müavini X5 məhkəmə iclasında qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Yevlax rayon Tanrıqulular kənd sakini Şəxs 2022-ci il ilin iyun ayının 25-də saat 20 radələrində Tanrıqulular kəndində yaşadığı evdə faktiki olaraq ər-arvad münasibətində yaşadığı X4 ilə şəxsi ailə həyatı ilə bağlı münasibətlər zəminində mübahisə edərək sonuncunun bədənin müxtəlif nahiyələrinə vuraraq ona sağlamlığa zərər vurmayan bel nahiyəsinin,süd vəzilərarası nahiyənin qançırı xəsarətlərini ,daha sonra Aysel Bayramovanı evin həyətində olan hamamla ayaqyolunun arasında olan güzgüyə tərəf itələyib güzgünün qırılması nəticəsində sonuncuya sol əlin İİİ barmağının əsas falanqasının,İV barmağının orta falanqasının ovuc səthinin kəsilməsi yaraları xəsarətlərini yetirməklə Aysel Bayramovanı döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdir ki,Aysel Bayramovanın dedikləri tamamı ilə şər böhtandır.Belə ki, o kənd təsərüfati ilə məşğul olur.Coban aparatı düzəltmək üçün şəhərə gedəsi olub.Yoldaşı Aysel isə dirənərək bununla oda getməsini israr edib.Aralarında mübahisə yaranıb.Qardaşına deyib ki,Ayselin ata anasınını çağırıb şöhbət etmək lazımdır ki,tez tez aralarında mübahisə olur və bunun həll yolunu tapmaq lazımdır.Ayselin valideynləri qızının üstündən gəldiyinə görə mübahisələri düşdüyünü bildirmişdir.Aysel evi yandırmaq istəyib və ona müdaxilə etmek istəyəndə Aysel özünü həyətədki şüşəyə vuraraq əlini kəsdiyini bildirmişdir .Barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax rayonunun Tanrıqulular kəndində yaşayan Şəxs ilə ailə həyatı qurmuşdur.Əvvəllər mehriban yaşasalar da lakin son zamanlar həyat yoldaşı Tural onunla yaxşı münasibətdə olmamışdır.2022-ci ilin iyun ayının 25-də təxminən 20 radələrindən sonra atası və anası onlara gəlmiş,həyat yoldaşı Tural onun valideynlərini söyüb təhqir etmiş,bundan sonra o,evdən hamiləliyini təsdiq edən testi və digər əsasları özü ilə götürüb valideynləri ilə evlərinə qayidandanda əri Tural əlində olan əşyaları onun əlindən alaraq,onu bədənin müxtəlif nahiyələrinə vuraraq evin həyətində olan hamamla ayaqyolunun arasında olan güzgüyə tərəf itələmiş,nəticədə onun sol əli güzgüyə dəymiş və güzgü qırıldığına görə o,sol əlinin orta iki barmaqlarının kəsilmiş yarası xəsarəti aldiğini bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 103-cü maddəsinə əsasən Protokolun (prokurorun qərarının) baxılması üçün göndərilməsi 103.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir.[86] 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 ( iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-972/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-972/2022
17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver