Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-975/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Nemətabad kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 28 dekabr 2021-ci il tarixdə saat 16:30-da Yevlax şəhəri Nizami prospektində ucadan səs-küy salmş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Qurban Qasımov bildirmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat 16:30 radələrində X3 rəisi, polis mayoru X7 Rayon Polis Şöbəsinin inzibati binasından çıxarkən şöbənin qarşısında Nizami prospektində küçədə bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb həmin şəxsə yaxınlaşmış, onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra X3 rəisi, polis mayoru Famil Qasımov raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Yevlax şəhəri Nizami prospektində polis şöbəsinin qarşısında ailə daxili problem olduğuna görə əsəbi olduğundan orada səs-küy salmışdır. Həmin vaxt orada olan polis əməkdaşları ona yaxınlaşıb sakitləşdirməyə çalışsa da o, əsəbi olduğundan öz hərəkətlərini davam etdiyini üçün polis əməkdaşları onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar. Törətdiyi əmələ görə səmimi peşmandır. X3 rəisi, polis mayoru Famil Qasımov məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 28 dekabr 2021-ci il tarixdə saat 16:30 radələrində Yevlax Rayon Polis Şöbəsinin inzibati binasından çıxarkən şöbənin qarşısında Nizami prospektində küçədə bir nəfər şəxsin ucadan qışqıraraq nalayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb həmin şəxsə yaxınlaşmış, onu nizam-intizama dəvət etməsinə baxmayaraq o, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bundan sonra o, raportla Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-975/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-975/2021
28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver