Məhkəmə qərarları › İş №3(039)-976/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-976/2021

30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-976/2021 30.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı X15 oğlunun Zərərçəkmiş şəxslər X9, X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında 29.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27.10.2021-ci il tarixdə vətəndaş X11 məxsus avtomobildən 1 ədəd akkumulyator, 4 ədəd ayaqaltı rezin, 1 ədəd ehtiyat təkər oğurlamışdır. İnzibati xəta haqqında 29.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27.10.2021-ci il tarixdə Yevlax şəhəri, 32ci məhəllə bina 3, mənzil 55-də yaşayan X7 məxsus avtomobildən 1 ədəd akkumulyator, 1 ədəd təsbeh, 2 ədəd səsucaldan və təmir alətləri oğurlamışdır. İnzibati xəta haqqında 29.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27.10.2021-ci il tarixdə Yevlax şəhəri, 32ci məhəllə bina 3, mənzil 25-də yaşayan X10 məxsus avtomobildən 1 ədəd işlənmiş akkumulyator, 1 ədəd pioner markalı maqnitofon, 2 ədəd yaddaş kartı oğurlamışdır. İnzibati xəta haqqında 29.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 27.10.2021-ci il tarixdə Yevlax şəhəri, 32ci məhəllə bina 3, mənzil 58-də yaşayan X8 məxsus avtomobildən 1 ədəd akkumulyator, 1 ədəd pioner markalı maqnitofon, 2 ədəd səsucaldan, 4 ədəd ayaqaltı rezin oğurlamışdır. İnzibati xəta haqqında 29.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12.09.2021-ci il tarixdə ünvan 1-də yaşayan X4 məxsus su nasosunu oğurlamışdır. Bununla bağlı Şəxs barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X15 oğlu izah etdi ki, Şəxs 27.10.2021-ci il tarixdə vətəndaş X11 məxsus avtomobildən 1 ədəd akkumulyator, 4 ədəd ayaqaltı rezin, 1 ədəd ehtiyat təkər, Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 55-də yaşayan X7 məxsus avtomobildən 1 ədəd akkumulyator, 1 ədəd təsbeh, 2 ədəd səsucaldan və təmir alətlərini, Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 25-də yaşayan X10 məxsus avtomobildən 1 ədəd işlənmiş akkumulyator, 1 ədəd pioner markalı maqnitofon, 2 ədəd yaddaş kartını, Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 58-də yaşayan X8 məxsus avtomobildən 1 ədəd akkumulyator, 1 ədəd pioner markalı maqnitofon, 2 ədəd səsucaldan, 4 ədəd ayaqaltı rezin, 12.09.2021-ci il tarixdə ünvan 1-də yaşayan X4 məxsus su nasosunu oğurlamışdır. Vətəndaşların müraciətləri əsasında bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izah etdi ki, 27.10.2021-ci il tarixində Yevlax şəhəri, 32-ci məhəllədən tanımadığı şəxslərə məxsus avtomobillərdən akkumulyator, təmir alətləri, ayaqaltı rezinlər, səsucaldıcılar, maqnitofon və digər əşyaları (təsbeh, yaddaş kartı) oğurlamışdır. Bundan başqa 12.09.2021-ci il tarixdə Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsində yaşayış binasının qarşısından su nasosunu oğurlamışdır. Maddi imkanı olmadığı üçün oğurluq etmişdir. Maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X17 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, 32-ci məhəllə ev 9, mənzil 33-də yaşayır. 27.10.2021-ci il tarixdə yaşadığı binanın həyətindən ona məxsus olan avtomaşından 1 ədəd akkumulyator, 4 ədəd ayaqaltı rezin, 1 ədəd ehtiyat təkəri oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsi üçün Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 90 manat ziyan vurulmuşdur. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, 32-ci məhəllə bina 3, mənzil 58-də yaşayır. 27.10.2021-ci il tarixdə ona məxsus olan avtomaşından 1 ədəd akkumulyator, 1 ədəd pioner markalı maqnitofon, 2 ədəd səsucaldan, 4 ədəd ayaqaltı rezin oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsi üçün DİN-nin 102 xidmətinə və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə ona 290 manat ziyan vurulmuşdur. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə zərərçəkmiş şəxslər X14 (***-***-**-**) və X13 (***-***-**-**) ilə əlaqə saxlanılmış, zərərçəkmiş şəxslər bildirmişlər ki, Şəxs tərəfindən onlara dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçi olduqlarını nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X6 həmçinin qeyd etmişdir ki, 29.12.2021-ci il tarixdə zərərçəkmiş şəxs X2 yaşadığı ünvan 1 ünvanında olmuş, zərərçəkmiş şəxsin həyat yoldaşı bildirmişdir ki, Şəxs tərəfindən onlara dəymiş olan ziyan ödənilməmişdir və hazırda ondan şikayətçidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X9, X5 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X15 oğlunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22.09.2021-ci il və 06.11.2021-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli, 3(039)-968/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətində həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaları, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində olan inzibati həbs növündə tənbeh tədbiri nəzərə alınmaqla 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 dekabr 2021-ci il tarixdən saat 12.50-dən hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 90 (doxsan) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X11 ödənilsin. Şəxs 290 (iki yüz doxsan) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X8 ödənilsin. Şəxs 150 (bir yüz əlli) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X7 ödənilsin. Şəxs 440 (dörd yüz qırx) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X10 ödənilsin. Şəxs 45 (qırx beş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X4 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar