Məhkəmə qərarları › İş №3(039)-977/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-977/2020

04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-977/2020 04.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun Sovxozundsa yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 16:35 radələrində Yevlax şəhəri Fizuli küçəsində yerləşən Mərkəzi Bankın qarşısında və Yevlax şəhəri K.Sabitov küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Coşqun Bəkirov bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun polis serjantı Sənan Məmmədov və polis serjantı Bəhruz Həmidov xidmətdə olarkən Yevlax şəhəri Fizuli küçəsində saat 16:35 radələrində qara rəngli Opel markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü özünü şübhəli apardığı üçün onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş, və onun kimliyini təqdim etməsini tələb etmişlər. Bu zaman həmin şəxs tabeslik göstərək səs-küy salmışdır. Onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdiridiyi üçün tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Şəxsdur. Bundan sonra polis serjantı Sənan Məmmədov və polis serjantı X8 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Gədəbəy rayonundan şəhid dəfnindən qayıdarkən yolda 2 nəfər sərnişin götürmüşdür. Yevlax ərazisindən keçərkən polis əməkdaşları onu saxlamış, avtomobilin sənədlərini ondan tələb etdikdə o, əsəbləşərək səs-küy salmışdır. Hazırda əməlindən peşmandır, himayəsində 2 azyaşlı uşaq var və bir daha belə hallara yol verməyəcəkdir. Yevlax Rayon Polis Şöbəsinin polis baş serjantı X3 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16:40-da Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olarkən polis baş serjantı manqa komandiri X5 radio stansiya vasitəsi ilə OPEL markalı ** KE *** dövlət nömrə qeydiyyat nişanlı sürücüsünün tabesizlik etdiyini bildirmiş və saxlanılmasına köməklik olunmasını xahiş etmişdir. O, həmin an Yevlax şəhəri K.Sabitov küçəsində saxla işarəsi verdikdən sonra saxlamış, həmin şəxsə yaxınlaşıb sürücüyə özünü təqdim edərək avtomobilin sənədlərini ondan tələb edilmişdir. Lakin sürücü onun qanuni tələblərinə tabe olmamışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci tarixdə saat 16:35-dən inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar