Məhkəmə qərarları › İş №3(039)-978/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-978/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-978/2020 11.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qoyunbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 3240 manat borc ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədi üzrə tutulmalı olan borcundan tam olmasa da, tələbkarın xeyrinə müəyyən məbləğlərdə ödənişlər etmişdir. Son 3-4 aydır ödənişlər etməyib. Borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar xx.xx.2020-ci il tarixdə izahatı alınmış və izahatında icra sənədi üzrə 3240 manat borcu olduğunu, pandemiya vəziyyəti və işdən çıxması ilə əlaqədar alimenti ödəmədiyini bildirmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında borclu aliment borcundan ödəniş etmək üçün məhkəmə iclasının təxirə salınması xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hər ay iki uşaq üçün cəmi 260 manat alimentin ödəməli olduğunu bilir. 3-4 ay bundan əvvələ qədər “Xəzər” televiziyasında icraçı prodüser vəzifəsində işləmiş və işlədiyi dövrdə alimenti tam olmasa da, hər ay ödəmişdir. Hazırda işdən çıxdığı və pandemiya ilə əlaqədar iş tapmaqda çətinlik çəkdiyi üçün alimenti ödəməkdə çətinliklər yaranmışdır. xx xxxxxx 2020-ci il tarixdə tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. Qısa müddət ərzində qalan borcunu da ödəyəcək. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar X2 uşaqları ilə birlikdə Gəncə şəhərində kirayədə yaşadıqlarını və maddi cəhətdən sıxıntı çəkdiklərini bildirərək, borclu tərəfindən aliment borcunun ödənilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 3240 manat borc ödənilməmişdir; Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli il icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxx 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı təvəllüdlü əkiz uşaqlar Səfərli Ömər Firdovsi oğlunun və X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment X1 xeyrinə ödənilməlidir; İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli il icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən tələbkarın xeyrinə alimentin ödənilməsi məqsədi ilə 500 manat məbləğində ödəniş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-633/2019 saylı, xx.xx.2019-cu il tarixli il icra sənədi üzrə alimentin ödənilməsi ilə icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar