Məhkəmə qərarları › İş №3(039)-98/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-98/2020

11.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-98/2020 11.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində ictimai yerdə həmkəndliləri Rəna Mustafayevanı və Hümbət Mustafayevi söyüb təhqir edib ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan həmkəndliləri Rəna Mustafayevanı və Hümbət Mustafayevi söyüb təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan həmkəndliləri və eyni zamanda qonşuları olan Rəna Mustafayeva küçədə heç bir əsas olmadan onun ünvanına nalayiq ifadələrlə söyüb təhqir etdiyini, daha sonra Rəna Mustafayevanın qaynı Hümbət Mustafayevin onu hədələdiyini və təhqir etdiyini bildirmişdir. O, Rəna Mustafayevanı və Hümbət Mustafayevi söyüb təhqir etmədiyini və heç bir səs küy salmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saatlarında kənddə öz yaşadıqları küçədə olarkən səs-küy eşidərək həmin istiqamətdə getmişdir. Evlərinə yaxınlaşdıqda Şəxs küçədə qardaşı arvadı X4 söyüb təhqir etdiyinin şahidi olmuşdur. O, Şəxs evinə keçməsini bildirmişdir. Bundan sonra Şəxs heç bir səbəb olmadan onu söyüb təhqir etmişdir. O, Şəxs heç bir söz demədən həmin yerdən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 çıxış edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saatlarında nəvəsi küçədə kağız yandırmağa çıxmışdır. Bir müddət sonra səs-küy gəldiyini eşidib küçəyə çıxdıqda Şəxs onun nəvəsini danladığını görmüşdür. Daha sonra heç bir əsaslı səbəb olmadan Şəxs onu söyüb təhqir etmişdir. Daha sonra onun qaynı X5 həmin yerə gələrək Şəxs hərəkətlərinin düzgün olmadığını bildirəndə qaynını da əsassız olaraq söyüb təhqir etmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə mləumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində ictimai yerdə həmkəndliləri Rəna Mustafayevanı və Hümbət Mustafayevi söyüb təhqir edib ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Şəxs müraciəti əsasında toplanmış material üzrə X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və X1, X2 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş “xırda xuliqanlıq” inzibati xətasının tərkibi əlamətləri olduğundan onların barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qəbul olunmuş qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır; Dölət X8 Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli 031033 saylı vəsiqənin surətindən görünür ki, Şəxs 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatları eləcə də,inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar