Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-984/2022 25.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Yevlax rayonu Bünyadabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Çobankərə kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 avqust 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qeyri rəsmi ər-arvad münasibətində olduğu X3 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X2 Şəxs tərəfindən döyülməsi barədə xx.xx.2022-ci il tarixli müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X1 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, X5 ilə 2022-ci ilin aprel ayından qeyri rəsmi ər-arvad münasibətində olmuş, xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə olan zaman Şəms ilə aralarında mübahisələri düşmüş, bu səbəbdən də o, Şəmsin qollarından tutaraq kənara itələmişdir. O, həmçinin bildirmişdir ki, Şəms Mustafayevanı döyməmiş, sadəcə kənara itələmişdir, ailəsini bərpa etmək istəsə də, Şəms buna razılıq vermir, hazırda əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ilə 2022-ci ilin aprel ayından qeyri rəsmi ər-arvad münasibətində yaşamış, xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə olan zaman Aminin ona etdiyi qeyri əxlaqi hərəkətlər və təkliflər ilə razılaşmadığından sonuncu ilə aralarında mübahisələri yaranmış və nəticədə Amin onu vuraraq əl və ayaq nahiyyələrindən xəsarətlər yetirmişdir. Amindən şikayətçidir və onunla barışmayıb barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qeyri rəsmi ər-arvad münasibətində olduğu X3 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 avqust 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 495 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X2 bədənində aşkar edilmiş xəsarət- sol bazunun yuxarı 1/3-nin yan səthinin, sol budun orta 1/3-nin ön iç səthinin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə, həm də ayrı- ayrılıqda sağlamlığa zərər vurmur və bu əlamətinə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. X2 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. X2 arxa keçəcək dəliyinin ampular hissəsində aşkar edilmiş xəsarət- qançır küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, adətən gərginləşmiş (ereksiya vəziyyətyində) kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X6 tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini də şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, 32.2. barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi) və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-984/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-984/2022
25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver