Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-99/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs X14 oğlunun iştirakı ilə, X14 barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 Ramin Əli oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-291/2019 №-li, xx xxxxxx 2019-ci il tarixli qətnaməsinə əsasən X8 xx xxxxxx 2016-cı il təvəllüdlü X9 və xx xxxxxxxx 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxxxxx 2019-ci il tarixdən başlayaraq cavabdeh X8 hər ay hər uşaq üçün 120 ( yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Minayəxanım Bəhlul qızının xeyrinə tutulmalıdır. Hazırda X4 icra sənədi üzrə aliment borcunu ödəməkdən imtina etmişdir. İcra sənədinin icrası ilə əlaqədar X4 barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün X4na dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə iclasında X6 qızı izahat verərək bildirdi ki, X4 icra sənədi üzrə ona 480 manat məbləğində aliment borcu vardır. X3 ilə razılaşmaya gəlmişlər. Ondan heç bir şikayət və tələbləri yoxdur. Bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X6 qızı ərizə təqdim edərək, X14 ilə razılığa gəldiyini bildirirərək, hazır ki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, onun icra sənədi üzrə X6 qızına 480 manat məbləğində aliment borcu vardır. İşləmədiyinə və maddi vəziyyəti çətin olduğuna görə icra sənədi üzrə borcunu X6 qızına ödəyə bilməmişdir. Hazırda X6 qızı ilə razılığa gəlmiş bu səbəbdən hazır ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X5, X1 və X4nun izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs X11 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-99/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-99/2020
13.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver