Məhkəmə qərarları › İş №3(039)-99/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-99/2023

28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-99/2023 28.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu Tatarlı kəndində qeydiyyatda olan və Yevlax rayonu Aşağı Qarxun kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döyərək ona xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X2 müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Türkan Hüseynova barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X1 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, X5 onun ərinin keçmiş arvadı olub. xx.xx.2022-ci il tarixdə əri ilə ərinin xalasının yaşadığı evdə olan zaman Reyhan həmin evə gəlmişdir. Reyhan gəldikdən sonra ərinin birinci nikahından olan övladlarına alimentini verməməsi səbəbindən Reyhan həmin evdə səs-küy salaraq onu təhqir etmişdir. Bundan sonra o, Reyhanı itələmişdir. Nəticədə Reyhan arxası üstə yerə yıxılmışdır. Reyhan yıxılan zaman masanın üzərində olan meyvə qabı və meyvə bışağı Reyhanın sifət nahiyəsini və əlini cızmışdır. O. Reyhanı vurub hər hansı bir xəsarət yetirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o əri ilə boşandıqdan sonra əri Şəxs ilə ailə qurmuşdur. Keçmiş əri övladlarının saxlanılması üçün təyin olunmuş alimenti ödəməməsi səbəbindən o, keçmiş ərinin xalası evinə gedib keçmiş əri Amili soruşmaq istəmişdir. O, Amilin xalası evinə getdikdə qapıda olan zaman evin daxilindən Amilin səsini eşitmişdir. Bundan sonra o, evin qapısını döymüş, Amilin xalası qapını açdıqdan sonra o, Amilin evdə evdə olub-olmamasını soruşmuş. Amilin xalası Amilin onun evində olduğunu bildirdikdən sonra o, evə daxil olmuş və Amilin ikici arvadı Türkanə ilə birlikdə həmin evdə olduqlarını görmüşdür. O, Amildən hansı səbəbdən alimenti ödəməməsi soruşmuş və keçmiş ərinin barəsində axtarış işinin olduğundan sahə polis rəisinə zəng edib Amilin yeri barədə məlumat vermişdir. Bundan sonra Amil paltarını geyinib evdən çıxmış, lakin Türkanə səbəbsiz yerə onun üzərinə hücum çəkərək Amildən əl çəkməsini tələb etmiş, bundan sonra Türkanə onu itələyərək yerə yıxmış və əlinə bıçaq götürərək onu vurmaq istədikdə o, əli ilə bıçaqı tutmuşdur, nəticədə onun əli kəsilmişdir. Bundan sonra Türkanənin əlindəki bıçaq onun sifət nahiyəsini sıyırmışdır. Amilin xalası onun qeyd etdiyi hadisələrin bir başa şahidi olmuşdur. Hazırda Türkanədən şikayətçidir və onunla barışmayıb barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döyərək ona xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi, Türkan Hüseynovanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, üçün qərarın surətinin Yevlax rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Reyhan İsayevanın almış olduğu xəsarətlərin ağırlıq dərəcələrini müəyyən etmək üçün o, MTE-dan keçirilmiş, “MTE və PA Birliyi”-nin xx.xx.2022-ci il tarixli 769 №-rəyi ilə Reyhan İsayevanm bədən səthində sol əlin ovun səthinin kəsilmiş yarası, sol yanağın sıyrığı məhkəmə-tibb əlamətləri aşkar edilmişdir. Xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər həm bir yerdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmur və əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, ona bıçaqla xəsarət yetirilmişdir. Lakin təhqiqat orqanı zərərçəkmiş şəxsə bıçaqla yetirilmiş xəsarətə hüquqi qiymət verməmiş, qeyd olunan hadisənin şahidinin, barəsində şikayət olunan şəxsin izahatlarını almamış, habelə cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 noyabr 2022-ci il tarixli qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyəti tam şəkildə müəyyən edilmədən “Türkan Hüseynova” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmin qərarla aparılmış təhqiqat zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin kimliyinin müəyyən edilməsi anlaşılan deyildir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X6 hazırki məsələ ilə bağlı icraatında olmuş HK-1/2765 nömrəli material üzrə araşdırmanı səthi apararaq barəsində şikayət olunan Türkan Hüseynovanın şəxsiyyətini müəyyən etməmiş (göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsdır), məsələ ilə bağlı onun və hadisənin şahidinin izahatlarını almayaraq Cinayət prosessual qanunvericiliyin tələblərinə əməl teməyərək 26 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, müvafiq təhqiqat orqanının ixtisaslaşmış təhqiqat qurumunun rəhbəri isə buna nəzarəti həyata keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar