Məhkəmə qərarları › İş №3(039)-99/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-99/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-99/2024 27.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Mən, Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, İsmayılov Gündüz Ehtibar oğlunun katibliyi ilə, X1 barəsində tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X3 inzibati məsuliyyətə cəlb olunması və barəsində tətbiq edilmiş inzibati cərimənin ləğv edilməsini xahiş etmişdir. X3 öz şikayətinə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surətlərini əlavə etməmiş, habelə şikayətdə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın kim tərəfindən və nə vaxat çıxarılması barədə heç bir məlumat göstərməmişdir. Məhkəmə şikayəti tədqiq edərək, hesab edir ki, X3 tərəfindən verildiyi şikayət inzibati xəta haqqında qərarlardan şikayətlər üzrə icraat çərçivəsində baxıla bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 128.1, 128.2.3, 129.1.3 və 130.1-ci maddələrinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində, inzibati xətalar haqqında işlər üzrə qərarlardan özünün yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə şikayət verə bilər. Beləliklə qanunvericiliyin tələbindən də göründüyü kimi inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, X1 şikayətinə inzibati xəta haqqında qərarlardan şikayətlər üzrə icraat çərçivəsində baxıla bilmədiyinə görə şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb olunması barədə protokoldan verdiyi şikayət X2 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim : Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar