Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-992/2024 18.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədocv Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş vermiş hadisəni sakitləşdirmək üçün orada olan stulu götürərək Tahir Abışovun olduğu istiqamətdə atmış və həmin stul arvadının babası Zərərçəkmiş şəxs başına dəymişdir. Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli X2 məhkəmə iclasında qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Yevlax rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar aşkar edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş vermiş hadisə zamanı Tahir Abışovu aralayarkən Şəxs oğlunun atdığı stul Zərərçəkmiş şəxs başının arxa hissəsinə dəymişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək hazırda zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək hazırda Şəxs ilə barışdığını, heç bir şikayətinin olmadığını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax Rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayında keçirilən toy mərasimi zamanı baş vermiş hadisəni sakitləşdirmək üçün orada olan stulu götürərək Tahir Abışovun olduğu istiqamətdə atmış və həmin stul arvadının babası Zərərçəkmiş şəxs başına dəymişdir; Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs ilə barışmışdır və heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı, məhkəmə Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-992/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-992/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver