Məhkəmə qərarları › İş №3(039)-997/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-997/2020

17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-997/2020 17.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs-xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Yeni Yevlax küçəsi ev 5, mənzil 8-də yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadıqları evdə aralarında olan mübahisə zamanı qaynası X3 məxsus “HONOR 8A” markalı mobil telefonu yerə vuraraq qırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati xətasını törətmişdir. Polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov izah etdi ki, Yevlax şəhəri Yeni Yevlax küçəsi ev 5, mənzil 8-də yaşayan X6 xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kürəkəni Natiq Rzayev həmin tarixdə yaşadıqları evin həyətində onun ölümlə hədələdiyini və mobil telefonu yerə vuraraq qırdığını bildirmişdir. Eyni zamanda Nəsibə Səfərova xx xxxxxx 2020-ci il tarixdə DİN-nin “102” Xidməti Zəng Mərkəzi Sisteminə müraciət edərək kürəkəni Şəxs mütəmadi olaraq onu təhqir etdiyini bildirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırmalar aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta hadisəsi baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, ailəlidir, həyat yoldaşı X7 ilə aralarında tez-tez ailədaxili münaqişələri olur. İcazə vermədiyinə baxmayaraq Turanə Rzayeva mobil telefon işlədirdi, xx xxxxxx 2020-ci il tarixdə aralarında yaranan mübahisə zamanı həmin mobil telefonu yaşadığı evin həyətində yerə çırparaq qırmışdır. Məhkəmə iclasında X6 şahid qismində dindirilərkən izahatında bildirdi ki, kürəkəni Şəxs ona məxsus olan evdə yaşayır. Son altı aydır ki, Şəxs heç bir əsaslı səbəb olmadan evdə münaqişə yaradır. xx xxxxxx 2020-ci il tarixdə saat 17:20 radələrində yaşadığı evə gələrkən qızı Turanənin ağladığını görmüş, nə baş verdiyini soruşduqda qızı X12 Rzayevinheç bir səbəb olmadan evdə münaqişə yaradaraq Bakı şəhərində olan oğlu Orxan Səfərova məxsus “HONORO” 8A markalı mobil telefonu yerə vuraraq qırdığını bildirmişdir. Həmin telefonun dəyəri 400 manat təşkil edir, həmin mobil telefonun qaytarılmasını tələb edir. Natiq Rzayevin həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid Nəsibə Səfərovanın izahatı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə və Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X2 xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və qərarın qəbul olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Natiq Rzayevin həmin inzibati xətanı törətməsi sübuta yetirilsədə müddət keçirildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar