Məhkəmə qərarları › İş №3(039)-999/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-999/2020

15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-999/2020 15.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 oğlunun, Zərərçəkmiş şəxs X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00-da Yevlax rayonu Bəydilli kəndində X3 nalayiq söyüşlər söyərək təhqir etmiş, habelə xx xxxxxx 2020-ci il tarixdə saat 11:30-da Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş, ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama və ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, Yevlax rayonu Bəydlilli kəndində yaşayan X4 narkotik maddə aludəçisi olan Şəxs adlı şəxsin onu və 24 nəfər kənd sakinini bu gün öldürməklə hədələməsi və nalayiq ifadələrlə təhqir etməsi barədə xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumatı həmin gün Təhlükəsizlik Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Vüsal Hüseynovun icraatına daxil olmuş, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması xx xxxxxx 2020-ci il tarixdə rədd edilmiş Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətasını törətmiş və inzibati araşdırılma aparılması üçün qəbul olunmuş qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin Təhlükəsizlik Bölməsinıə göndərilmişdir. Bundan sonra Şəxs yevlax Rayon Polis Şöbəsinin inzibati binasınfda polis baş leytenantı Vüsal Hüseynovun xidməti iş otağında olan zaman ucadan danışaraq nalayiq ifadələr işlətmiş və şöbənin iş fəaliyyətinə maneəçilik etmişdir. O, Şəxs dəfələrlə nizam-inziama dəvət etməsinə baxmayaraq o, polisin tələblərinə tabe olmamışdır. Bundan sonra polis baş leytenantı X10 rayon polis şöbəsinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, və Şəxs barəsində ayrıayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, onun azyaşlı övladı, Bəhruz Tanrıverdiyevin yoldaşının yanına hazırlığa gedirmiş, gündüzlər həmin otaqda yoldaşı dərs keçirmiş axşamlar isə həmin otaqda kəndlilər yığışıb domino oynayırdılar. Buna əsəbləşərək o, və bir çox valideynlər uşaqlarını hazırlıqdan çıxartmışdır. Bununla əlaqədar olaraq Bəhruz ilə aralarında mübahisə baş vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Bəhruz Tanrıverdiyevin işlətdiyi mağazaya gedərək onu təhqir edərək hədə qorxu gəlmişdir. Bundan sonra Bəhruz və bir çox kəndlilər ondan polis şöbəsinə şikayət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin İnzibati binasında polis əməkdaşının şikayətçilərin tərəfini saxladığından əsəbləşərək ucadan səs-küy salmış, polis əməkdaşlarının iş rejimi pozmuşdur. Polis əməkdaşlarına qarşı hörmətsizlik etməmiş, onları söyüb təhqir etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izah etdi ki, Şəxs onunla həmkəndlidirlər. Şəxs yaşadıqları kənd ərazisində mütamadi olaraq spirtli içki qəbul edərək kənd əhalisi arasında münaqişə yaradırmış. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində keçirilən “Zəfər Yürüşü” keçirilən zaman ölkə başçısı cənab prezident İlham Əliyev tərəfinfən müharibədə iştirak edən hərbiçilərə medallar təqdim ediləcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Şəxs onun işlədiyi ərzaq mağazasına gələrək onu kəndlilərin yanında təhqir etmişdir. Bundan sonra o, şikayət ərizəsi ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında X8 şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, hər iki şəxs onun həmkəndliləridir. Şəxs mütəmadi olaraq spirtli içki qəbul edir. Narkotik aludəçisidir, kənd əhalisi ondan narazılıq edir. xx xxxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində həmkəndilisi Şəxs Bəhruz Tanrıverdiyevin işlətdiyi ərzaq mağazasına gələrək nəlayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, şahid ifadəsi Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X9 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li, və xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 510. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətaları törətməkdə təqsirlidir, onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində daha ciddi sanksiya nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 18:30-dan hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar