Məhkəmə qərarları › İş №3(040)-103/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərar — İş №3(040)-103/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(040)-103/2023 10.07.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, 09 avqust 1999-cu ildə Azərbaycan Respublikasının Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, Kəlbəcər rayonunun Yanşaqbinə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra: “İnzibati Xətalar Məcəlləsi”) 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş 09 may 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati cərimə növündə olan qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs 08 fevral 2023-cü il tarixində “Toyota Prius (Hibrid) minik” markalı, “AZ **-DV-***” dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən yol hərəkət qaydalarını pozmuş, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan İXP ******* nömrəli protokol tərtib edilərək 40 manat cərimə edilməsi haqqında 09 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şəxs çıxarılmış qərarla bağlı rəsmi qaydada məlumatlandırılmışdır. Hazırda cərimənin ümumi məbləği 60 manat olmuşdur. Şəxs, barəsində olan inzibati cəriməni 3 (üç) ay müddətində ödəmədiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Goranboy Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 3(045)-394/2023 saylı qərardadı ilə inzibati material aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. Kəlbəcər Rayon Məhkəməsi tərəfindən iş icraata qəbul edilmiş və işə baxılması 10 iyul 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclаsının vахtı və yеri bаrədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Yasamal Rayon Polis İdarəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 61.3 maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kəlbəcər Rayon Polis Şöbəsinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 10 iyul 2023-cü il tarixli 3-13-85/2-6540/2023 saylı məktubda qeyd edilir ki, Şəxs onun barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yaranmış inzibati cərimə borcunu dəbbə pulu ilə birlikdə cəmi 60,4 manatı 11 may 2023-cü il tarixdə HÖP ödəniş sistemi vasitəsilə tam ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar üzrə cərimə və dəbbə pulunu, cəmi 60,40 manatı tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar